Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 22 sentyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Baş Raket İdarəsi ən son silahlarını uğurla sınaqlarını keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, sınaqlar sentyabrın 20-də ölkə lideri Kim Çen Inın iştirakı ilə baş tutub. O, sınaqları ölkənin müdafiə sənayesinin texniki imkanlarının və silahlı qüvvələrin potensialının inkişafının göstəricisi adlandırıb.
Agentlik yeni silah sisteminin növü və texniki xüsusiyyətləri barədə məlumat verməyib. Bildirilib ki, sınaqlar qonşu ölkələrin təhlükəsizliyinə mənfi təsir göstərməyib.
KXDR lideri yeni sistemin ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 22 Sentyabr 2026 05:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















