“Şimali Koreya əsgərləri cəbhə xəttindən geri çəkiliblər” Xarici KİV
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Şimali Koreya əsgərləri ağır itkilərdən sonra müvəqqəti olaraq cəbhə xəttindən geri çəkiliblər.
"AzPolitika" xəbər verir ki, bu barədə "Sky News" nəşri Ukrayna kəşfiyyatına istinadla məlumat yayıb.
Məlumata görə, onlar əsir düşməkdənsə, özlərini partlatmağı üstün tuturlar. Kəşfiyyatçılar bir neçə dəfə koreyalı əsgərlərin özlərini partlatmazdan əvvəl "hər şey general Kim Çen In üçün" sözlərini dilə gətirdiklərinin şahidi olublar. Bunu əsir düşən koreyalılar da təsdiq edib.
Qeyd olunur ki, ümumiyyətlə, koreyalılar müasir müharibə üslubundan xəbərsizdirlər. Onlar PUA və artilleriya təhlükəsini düzgün qiymətləndirmir, ərazilərin minalı olub olmamasını yoxlamadan irəliləyir və nəticədə çox asanlıqla böyük itkilər verirlər. Bildirilir ki, hətta hücuma keçən 20-40-60 nəfərlik qrup bəzən qısa müddətə asanlıqla məhv edilir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















