Şimali Koreya əsgərləri və çeçenlər arasında qarşıdurma: 8 hərbçi öldürülüb
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kursk vilayətində Şimali Koreya əsgərlərinin çeçen Axmat bölmələrinə “dost atəşi” nəticəsində 8 çeçen əsgərinin həlak olduğu bildirilir.
Reyting.az xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GRU) yayıb.
Ukraynaya qarşı döyüşmək üçün Kursk bölgəsinə göndərilmiş Şimali Koreya əsgərlərinin Çeçenistanın Axmat bölmələrinə “dost atəşi” açdıqları iddia olunur. Ukrayna tərəfinin iddiasına görə, Şimali Koreya əsgərlərinin hücumu nəticəsində 8 çeçen əsgəri həyatını itirib.
Məlumatda qarşıdurmanın Rusiya və Şimali Koreya qoşunları arasında dil baryeri nəticəsində baş verdiyi qeyd edilib və bu maneənin cəbhədə çətinliklər yaratmağa davam etdiyi vurğulanıb.
Qeyd edək ki, Şimali Koreyanın Rusiyaya dəstək üçün cəbhəyə təxminən 12 min əsgər göndərdiyi bildirilir.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Cəbhədə Şimali Koreya əsgərləri: Təfərrüatlar
25 Noyabr 2024 09:04
Rusların “leqallaşdırdıqları” Şimali Koreya əsgərləri...
21 Dekabr 2024 00:25
Sensasion görüntülər: Şimali Koreya əsgərləri...
02 Sentyabr 2025 17:35
Şimali Koreya əsgərləri əvəzində Moskvadan bunu istədi
04 Noyabr 2024 17:36
Şimali Koreya əsgərləri Kurskda itki verməkdədir Foto
22 Noyabr 2024 00:57
Baxış sayı:132
Bu xəbər 16 Dekabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















