Icma.az
close
up
RU
Şimali Koreya əsgərlərinə ölüm əmri: “Əsir düşsəniz, ailəniz edam olunacaq”

Şimali Koreya əsgərlərinə ölüm əmri: “Əsir düşsəniz, ailəniz edam olunacaq”

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimali Koreya ordusunun keçmiş çavuşu Pak Yusunq iddia edir ki, Ukraynada döyüşən koreyalı hərbçilərə əsir düşsələr, ailə üzvlərinin edam ediləcəyi bildirilib.

Turkustan.az xəbər verir ki, 2019-cu ildə Şimali Koreyadan Cənubi Koreyaya qaçan keçmiş çavuş bu barədə “ABC News” telekanalına danışıb.

“Əsgərlərə bildirilib ki, yaxalanıb düşmənə xəbər versələr, ailələri cəzalandırılacaq, siyasi həbs düşərgəsinə göndəriləcək, daha da pisi, insanların gözləri önündə edam ediləcəklər”, - Yusunq deyib.

Onun sözlərinə görə, bu səbəbdən cəbhədə az sayda Şimali Koreya əsgəri əsir düşüb:

“Əsgərlərin çoxu düşmən tərəfindən öldürülməzdən əvvəl özünü öldürür, ələ keçmək ən böyük cinayət hesab olunur”.

Cənubi Koreya kəşfiyyatı da telekanala bunu təkrarlayıb və Şimali Koreya əsgərlərinə sağ ələ keçməmək üçün özlərini öldürmək əmri verildiyini bildirib.

Şimali Koreya lideri Kim Çen In ötən ilin noyabrında Rusiyaya dəstək məqsədilə bu ölkəyə 11 mindən çox əsgər göndərib.

Fevralın əvvəlində Ukrayna və ABŞ Şimali Koreya qoşunlarının ağır itkilərə görə cəbhədən geri çəkildiyini bildirsə də, bir neçə gün sonra Cənubi Koreya kəşfiyyatı Pxenyandan Rusiyanın Kursk vilayətinə əlavə hərbçilərin göndərildiyini açıqlayıb.

Yanvar ayında Prezident Volodimir Zelenski Ukrayna ordusunun ilk dəfə iki Şimali Koreya əsgərini əsir götürdüyünü bildirib. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, həmin əsgərlər Şimali Koreya kəşfiyyatına işləyirmiş./teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri