Icma.az
close
up
RU
Şimali Koreya hərbçiləri Kurskda Ukrayna qüvvələri ilə döyüşlərdə ağır itki verdi İSW

Şimali Koreya hərbçiləri Kurskda Ukrayna qüvvələri ilə döyüşlərdə ağır itki verdi İSW

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Şimali Koreya qoşunlarının Kursk vilayətində Ukrayna Müdafiə Qüvvələrinə qarşı döyüşlərdə böyük itkilər və işğalçı ölkə olan Rusiya Federasiyasının ordusu ilə əlaqənin zəif olması səbəbindən çətinliklərlə üzləşdiyi gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (İSW) dekabrın 15-də yaydığı hesabatda deyilir.

İnstitutun analitiklərinin fikrincə, bu vəziyyət Şimali Koreya və Rusiya əsgər və zabitləri arasında koordinasiyanı pozur, həmçinin Rusiya hərbi əməliyyatlarına xələl gətirir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dekabrın 14-də bildirib ki, Kursk vilayətində yerləşən Şimali Koreya qüvvələri bu yaxınlarda Ramzan Kadırovun nəzarətində olan "Axmat” taborunun maşınlarını atəşə tutub və çox güman ki, dil maneəsi üzündən 8 əsgəri öldürüb.

GUR onu da qeyd edib ki, dil baryeri ruslarla KXDR rejiminin qoşunları arasında hərbi əməliyyatların effektiv koordinasiyasına da mane olur. Ukraynalı zabitlərin məlumatına görə, Kursk vilayətində Rusiya və Şimali Koreya qüvvələrindən ibarət kontingent, ilkin hesablamalara görə, 200-ə yaxın itki verib.

Bundan əlavə, Ukrayna Qüvvələrinin dronları Şimali Koreyanın mövqelərinə uğurla zərbələr endirib.

İSW yekunlaşdırıb ki, zəif inteqrasiya və Rusiya və Şimali Koreya qüvvələri arasında davam edən kommunikasiya problemləri, çox güman ki, yaxın perspektivdə Kursk vilayətində hərbi əməliyyatlar üçün problemlər yaratmağa davam edəcək.

Nizami Bağırov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri