Icma.az
close
up
RU
Şimali Koreya ilə Cənubi Koreya birləşir? Ölkədə xaos

Şimali Koreya ilə Cənubi Koreya birləşir? Ölkədə xaos

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreya ilə Şimali Koreyanın birləşəcəyi iddia edilir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreyada prezidentlik səlahiyyətləri əlindən alınaraq həbs edilən Yun Sok Yol iqtidarda qalmaq üçün insanların tarixi qorxularını istismar etməkdə ittiham olunur.

Belə ki, Yun Sok dindirilərkən ona dəstək olan yüzlərlə şəxs şüarlar səsləndirib.

Yunun dəstəkçilərindən biri Şin Jeonq BBC-yə danışarkən deyib:

“Prezident vəzifədən azad edilərsə və müxalifət lideri seçilərsə, ölkəmiz Şimali Koreya və Kim Çen Inla bir olacaq”.

Şin Cənubi Koreya prezidentinin ən fanatik dəstəkçiləri arasında populyar olan nəzəriyyəyə istinad edib: "Solçuluğa meyilli müxalifət partiyası Şimali Koreya ilə birləşmək və Cənubi Koreyanı kommunist ölkəsinə çevirmək istəyir".

Yun dekabrın əvvəlində hərbi vəziyyət elan edəndə hakimiyyəti ələ keçirməsini qanuniləşdirmək üçün bu qorxuları üzərində oynadığı bildirilir.

Qeyd olunur ki, o, sübut təqdim etmədən “Şimali Koreya kommunist qüvvələrinin” müxalifət partiyasına sızdığını və ölkəni devirməyə çalışdığını iddia edib. Prezident siyasi fəaliyyəti qadağan etmək və ordunu hakimiyyətə gətirmək üçün sürətlə hərəkət edib. Yun Sok deyib ki, müxalifətdəki kommunistlərin kökünü kəsmək lazımdır.

Bütün bunlara görə Cənubi Koreya prezidenti insanların tarixi qorxularını istismar etməkdə ittiham olunur.

Yun Sokun tərəfdarlarından biri olan Şin sözlərinə belə davam edib:

“Yunun ritorikası keçmiş diktatorların ritorikası ilə demək olar ki, eynidir və o, Koreyanın 1987-ci ildə demokratiyaya keçidindən sonra bu anti-kommunist ideologiyadan belə açıq şəkildə istifadə edən ilk prezidentdir”. 

Qeyd edək ki, Yun Sok müxalif Demokrat Partiyasının rəhbərlik etdiyi parlamenti Pxenyana rəğbət bəsləyənlərlə dolu olmaqda ittiham edib. O, həmçinin Çinin köməyi ilə Şimali Koreyanın keçən ilki parlament seçkilərinin nəticələrini saxtalaşdırdığını deyib.

Demokrat Partiyasının parlament üzvü Wi Sung-lac BBC-yə deyib: "Bu, Yunun müxalifəti şeytanlaşdırmaq və tamamilə qeyri-demokratik hərəkətinə haqq qazandırmaq üçün uydurduğu saxta xəbərdir".

Koreya Milli Birləşmə İnstitutunun sorğu mütəxəssisi Li Sanqsin isə bildirib ki, bu cür ideyalar əvvəllər də ultra-mühafizəkar qruplar tərəfindən irəli sürülüb.

Bu qruplar təcrid olunmuşdu və insanlar həqiqətən onlara diqqət yetirmirdilər, amma Yun sədr olduğu üçün onun sözlərinin çəkisi var və çoxları onun dediklərini ciddi qəbul edib.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri