Şimali Koreya lideri komadadır?
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şimali Koreya Respublikasının lideri Kim Çen Inın beyin qanaması keçirərək komaya düşdüyü və müalicə üçün Pekinə aparıldığı ilə bağlı iddialar sosial mediada yayılıb.
Yeniavaz.com xəbər verir ki, onun sağlamlıq problemləri ilə bağlı yayılan bu şayiələr ABŞ-də yaşayan çinli dissident Vanqun Xienin sosial şəbəkə (X) paylaşımları və Britaniyanın “The Sun” kimi nəşrlərinin iddiaları ilə yayılmağa başlayıb.
Bazar günündən gündəmə gələn iddialar qısa müddətdə ən çox müzakirə olunan mövzular siyahısında yer alıb.
Lakin, KXDR bazar ertəsi günü Pxenyanda keçirilən Milli Geyim və Ayaqqabı Sərgisini ziyarət edərkən Kimin fotolarını yayımlayıb. Fotolarda liderin həyat yoldaşı Ri Sol-cu və qızı Kim Cue ilə birlikdə paytaxt Pxenyanda keçirilən Milli Geyim və Ayaqqabı Sərgisini ziyarət etdiyi və rəsmilərlə aktiv şəkildə ünsiyyətdə olduğu görünür.
Həmçinin, Cənubi Koreya kəşfiyyatı da Kim Çen Inın səhhətində hər hansı kəskin pisləşmə və ya koma vəziyyətinin aşkarlanmadığını, onun aktiv fəaliyyətini davam etdirdiyini bildirib.
Qeyd edək ki, Şimali Koreya liderinin ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi bildirilir. Bu səbəbdən, onun səhhəti ilə bağlı analoji iddialar əvvəlki illərdə də dəfələrlə yayılmış, lakin sonradan yalan olduğu ortaya çıxmışdı.
Bu mövzuda digər xəbərlər:Şimali Koreya lideri xəbərdarlıq edib
08 Mart 2025 20:06
Şimali Koreya lideri Putinə qələbə arzuladı
22 Mart 2025 07:53
Şimali Koreya lideri Rusiyaya səfər edir?
24 Noyabr 2024 12:47
Şimali Koreya lideri Rusiyaya səfər edəcək
17 İyul 2025 15:33
Şimali Koreya lideri xarici səfərə çıxır
01 Sentyabr 2025 13:33
Baxış sayı:99
Bu xəbər 20 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















