Icma.az
close
up
RU
Şimali Koreya Rusiyaya 12 milyon top mərmisi göndərib Minlərlə əsgər Ukraynadadır

Şimali Koreya Rusiyaya 12 milyon top mərmisi göndərib Minlərlə əsgər Ukraynadadır

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şimali Koreya Rusiyaya böyük miqdarda artilleriya sursatı tədarük etməkdə davam edir. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Pxenyan indiyədək Rusiyaya təxminən 12 milyon ədəd 152 mm-lik mərmi göndərib. Bu barədə "Renxap" agentliyi xəbər yayıb.

Seulun kəşfiyyat orqanları bildirir ki, Şimali Koreya Rusiyaya təxminən 28 min konteyner silah və sursat göndərib. Əgər bu konteynerlərin əksəriyyətində 152 mm-lik mərmilər olubsa, ümumi say 12 milyonu keçə bilər.

"Renxap" həmçinin qeyd edir ki, 2024-cü ilin oktyabr ayından bəri Pxenyan Rusiyaya təxminən 13 min hərbçi də göndərib. Cənubi Koreya kəşfiyyatının əvvəlki açıqlamalarında bu sayın iyul və ya avqustda artacağı ehtimalı irəli sürülmüşdü.

Məlumata görə, Şimali Koreya əsgərləri artıq Ukrayna müharibəsi zonasına yerləşdirilib və bəzi hallarda birbaşa döyüş əməliyyatlarında iştirak ediblər. Qərb xüsusi xidmət orqanlarının məlumatına əsasən, onlar döyüşlərdə ciddi itkilər də veriblər.

Xatırladaq ki, ötən il Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığı nəzərdə tutan yeni “Strateji Tərəfdaşlıq Müqaviləsi” imzalanıb. Bu sənəddə tərəflər bir-birinə qarşılıqlı hərbi yardım göstərməyi öhdələrinə götürüblər.

Bundan sonra Cənubi Koreya kəşfiyyatı və Qərb ölkələrinin müşahidələri göstərir ki, Pxenyan Rusiyaya hərbi texnika, sursat və canlı qüvvə göndərməkdədir. Paralel olaraq, Şimali Koreya hərbi zavodlarını genişləndirir, istehsal gücünü artırır və Rusiya ilə strateji əlaqələrini dərinləşdirir.

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see351

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see170

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see169

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see168

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see156

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see136

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see136

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see135

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see135

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see134

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see131

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see130

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see130

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see125

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see123

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see122

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see121

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see121

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri