Şimali Koreya tarixində ən böyük hərbi gəmini istifadəyə verib FOTO
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Koreya yeni inşa etdiyi esminesi suya buraxıb.
Globalinfo.az “NEXTA”ya istinadla xəbər verir ki, yeni hərbi gəmi hava hücumundan müdafiə, döyüş və həmçinin nüvə başlıqlı ballistik və qanadlı raketlərin istifadəsi üçün nəzərdə tutulub.
Gəminin təqdimat mərasimində Şimali Koreya lideri Kim Çen In da iştirak edib. O bildirib ki, bu yeni esmines ölkənin zərbə qabiliyyətini və nüvə imkanlarını daha da artıracaq.
Məlumata görə, 5 min ton su tutumuna malik olan esmines 400 gündən bir qədər artıq müddətdə inşa olunub və artıq Şimali Koreya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Bu, indiyə qədər Şimali Koreyada tikilmiş ən böyük hərbi gəmi hesab edilir.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:62
Bu xəbər 26 Aprel 2025 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















