Icma.az
close
up
RU
Şimali Koreya Ukraynada öldürülən hərbçilərə abidə qoyur Kim Çen In Rusiyanı təriflədi

Şimali Koreya Ukraynada öldürülən hərbçilərə abidə qoyur Kim Çen In Rusiyanı təriflədi

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, KXDR və Rusiya arasındakı dostluq “qanlı döyüşlərin alovunda bərkiyərək tarixi zirvəyə çatıb”.

“AzPolitika” bildirir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi CTAK məlumat yayıb.

Məlumata görə, Kim Çen In bu fikirləri 23 oktyabrda Pxenyanda keçirilən “Xarici hərbi əməliyyatlarda döyüş şücaətləri memorial muzeyi”nin təməlqoyma mərasimində səsləndirib.

Rəsmi məlumatlara əsasən, muzey Şimali Koreya hərbçilərinin Rusiyanın tərəfində Ukraynaya qarşı aparılan müharibədə iştirakını əbədiləşdirmək məqsədilə yaradılır. Pxenyan və Moskva açıq şəkildə etiraf ediblər ki, KXDR hərbçiləri Rusiyanın Kursk vilayətindəki döyüşlərdə iştirak ediblər.

Tədbirdə Koreya Əmək Partiyasının və dövlət strukturlarının yüksək vəzifəli nümayəndələri, eləcə də Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matsqora və səfirliyin əməkdaşları iştirak ediblər. CTAK xəbər verir ki, Kim Çen In tikintinin başlanğıc rəmzi olaraq kürəyi əlinə alıb.

Kim Çen In çıxışında qeyd edib ki, 24 oktyabr 2024-cü ildə Şimali Koreya hərbçilərinin son qrupu müharibəyə göndərilib. 

Onun sözlərinə görə, yaxın vaxtlarda vətənə qayıdaraq həyatları bahasına qələbə qazananların müqəddəs ruhunu əbədiləşdirmək üçün böyük iş başlanacaq: “Bu qələbə ordumuzun, xalqımızın və dövlətimizin nəfəsi kimi, KXDR və Rusiya münasibətlərinin canlandırıcı enerjisinə çevrildi”, – deyə Kim Çen In vurğulayıb. O, həmçinin iddia edib ki, Şimali Koreya hərbçiləri “amansız neonasistləri məhv edərək beynəlxalq reaksioner qüvvələri qorxu və təşvişə salıblar”.

Xatırladaq ki, Kim Çen In avqust ayında Kursk vilayətindəki döyüşlərdə iştirak edən Şimali Koreya hərbçilərini təltif etmiş və həlak olanların ailələri ilə görüşmüşdü. Rəsmi Pxenyan itkilərin sayını açıqlamasa da, Cənubi Koreya və Qərb kəşfiyyat mənbələrinin məlumatına görə, Şimali Koreya kontingentinin itkiləri bir neçə min nəfər təşkil edib, o cümlədən min nəfərdən çox hərbçi həlak olub.

Şimali Koreya bu günədək Rusiyanın tərəfində müharibəyə rəsmi şəkildə hərbi kontingent göndərən yeganə ölkə olaraq qalır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri