Şimali Koreya və Rusiya arasında 8,9 milyard dollarlıq əməkdaşlıq
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyada yerləşən qeyri-hökumət təşkilatı “Friedrich Naumann Foundation for Freedom”un Cənubi Koreya ofisi Şimali Koreya və Rusiya əməkdaşlığı barədə hesabat hazırlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabda Şimali Koreyanın Rusiyaya təxminən 9,8 milyard dollar dəyərində silah, sursat və əsgər verdiyi, bunun müqabilində 1,2 milyard dollarlıq dəstək, əsasən də ərzaq və neft yardımı aldığı qeyd olunub.
Hesabatda Rusiyanın Şimali Koreyanın texnoloji modernləşdirilməsində birbaşa rol oynadığına dair heç bir sübutun olmadığı vurğulanıb və rəsmi Moskva ilə əməkdaşlığa baxmayaraq, Şimali Koreya iqtisadiyyatının “pis vəziyyətdə olduğu” bildirilib.
Həmçinin Şimali Koreya ilə Rusiya arasında münasibətlərin Ukrayna müharibəsindən sonra qalıcı ola biləcəyi iddiası irəli sürülüb.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin ötən ilin iyununda Pxenyanda görüşərək Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Sentyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















