Icma.az
close
up
RU
Şimali Koreyada internet demək olar ki, yoxdur: Kimlər istifadə edə bilərlər?

Şimali Koreyada internet demək olar ki, yoxdur: Kimlər istifadə edə bilərlər?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

KXDR (Koreya Xalq Demokratik Respublikası) təxminən 20 ildir ki, beynəlxalq sanksiyalar altında yaşayır. Buna baxmayaraq, ölkə daxilində internet ciddi məhdudiyyətlər çərçivəsində də olsa, tədricən inkişaf etməyə davam edir.

Moderator.az rambler.ru-ya istinadən Şimali Koreyada internetin necə işlədiyini, ondan kimlərin istifadə edə bildiyini və ölkə əhalisinin bu barədə nə düşündüyünü oxucuların diqqətinə çatdırır.

KXDR-də rəqəmsallaşma sahəsində baş verənlər haqqında etibarlı məlumat əldə etmək olduqca çətindir. Ölkə daxilində informasiya axınları tam şəkildə hökumət tərəfindən idarə olunur. Xarici müşahidəçilər yalnız dövlət tərəfindən rəsmi olaraq təsdiqlənmiş məlumatları görə və eşidə bilirlər. Alternativ informasiya mənbəyi isə əsasən ölkədən qaçan şəxslərin verdiyi məlumatlardır.

Şimali Koreya əhalisinin böyük əksəriyyəti üçün internet faktiki olaraq mövcud deyil. Təhsil müəssisələrində onun işləmə prinsipləri tədris olunsa da, bir çox insan internet haqqında yalnız müxtəlif şayiələr eşidib və heç vaxt ondan istifadə etməyib.

Ölkədə internetə çıxış dövlətə məxsus daxili şəbəkə - Kvanqmyonq ilə məhdudlaşır. Bu şəbəkədə təxminən 100 dövlət saytı fəaliyyət göstərir. Buraya aviabiletlərin sifarişi, yemək çatdırılması üçün platformalar və xəbər portalları daxildir. Qeyd edək ki, Şimali Koreyadan kənarda bu saytlara giriş mümkün deyil. Maraqlıdır ki, əhalinin böyük hissəsi xarici dilləri bilməsə də, bu resurslarda materiallar əsasən ingilis və rus dillərində təqdim olunur.

Kvanqmyonq şəbəkəsinə çıxış da sərbəst deyil. İstifadə üçün xüsusi sorğu tələb olunur və müraciətlərin cavablandırılması həftələrlə vaxt apara bilər. Qlobal internetə çıxış isə daha sərt şəkildə nəzarət altındadır.

Ölkədə yalnız məhdud sayda insanın açıq internetə çıxışı var. Bunlara əsasən lider Kim Çen Inla əlaqəli onlarla ailə üzvü və bəzi əcnəbilər daxildirlər. Bundan əlavə, rəsmi şəxslər, akademik tədqiqatçılar və IT sahəsində təhsil alan tələbələr də daxil olmaqla bir neçə min nəfər ciddi nəzarət altında qlobal internetdən istifadə edə bilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri