Icma.az
close
up
RU
“Şimali Koreyada səhv saç düzümünə görə həbsə düşə bilərsən...“

“Şimali Koreyada səhv saç düzümünə görə həbsə düşə bilərsən...“

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Televizor alanda polis bütün kanalları söndürür, 24 saat 7 gün ərzində yalnız "Kim Ailəsi" proqramına baxmalısan..."

Şimali Koreyadan iki dəfə Çinə qaçan bir kişi totalitar rejimdəki həyat haqqında nadir məlumatlar verib.

Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.

Məlumatda deyilir ki, Ço başqa bir Şimali Koreya qaçqınının diktator Kim Çen Inın hər il 25 bakirə qızı seçərək onları öz qorxunc "zövq dəstəsinə" daxil etdiyini açıqladıqdan sonra fikirlərini bölüşüb.

Şimali Koreya 1948-ci ildən bəri Kim ailəsinin idarə etdiyi diktaturadır. Qaçmağı bacaran Timoti Ço "YouTube" platformasında yayımlanan "LADbible Stories" proqramında çıxış edib.

Ço bildirib ki, o, öz ölkəsini "sevir" və hələ də onun üçün darıxır, lakin kömür mədənlərində işləməyə göndəriləcəyini öyrəndikdən sonra qaçmalı olduğunu anlayıb. Onun sözlərinə görə, bu mədənlərdə çoxları qəzalarda həlak olur və ya əzalarını itirir.

O, Çinə qaçmaq qərarına gəlib, lakin Çin ordusu tərəfindən yaxalanaraq geriyə- Şimali Koreyaya deportasiya olunub və işgəncələrə məruz qalıb. Nəhayət, yerimək qabiliyyətini itirənə qədər ona əzab verilib.

İkinci qaçış cəhdində isə yenidən Çin polisi tərəfindən saxlanılıb. Lakin bu dəfə o, Şimali Koreyaya deyil, Filippinə deportasiya edilib.

İndi o, Şimali Koreya sakinlərinin əməl etməyə məcbur olduğu sərt qaydaları izah edib və bu ölkəni niyə "həbsxana-dövlət" adlandırdığını açıqlayıb.

Televiziya, telefonlar və internet

Ço bildirib ki, Şimali Koreyada mobil telefonlardan çox az adam istifadə edə bilir və onlar yalnız "elita" üçün əlçatandır. Lakin hətta onların da istifadəsinə ciddi məhdudiyyətlər qoyulub. O deyib: "Mesajlar və zənglər dinlənilir. İnternet yoxdur, "YouTube", "Facebook", "Zoom" da mövcud deyil".

Televizorların istifadəsinə icazə verilsə də, yayımlanan məzmun ciddi şəkildə nəzarətdə saxlanılır. "Televizor alanda polis gəlib bütün kanalları söndürür, yalnız birini saxlayır. 24 saat, 7 gün ərzində "Kim Ailəsi" proqramına baxmalısan".

Geyim və saç düzümləri

Şimali Koreya rejimi yalnız xarici dünya ilə əlaqələri kəsməklə kifayətlənmir, həm də insanların gündəlik həyatının ən kiçik detallarına-geyimlərindən tutmuş saç düzümlərinə qədər belə sərt nəzarət edir.

"Cins şalvar geyinmək olmaz, çünki, guya, onlar Amerika istehsalıdır və Amerika ən böyük düşməndir. Ölkədə yalnız müəyyən saç düzümlərinə icazə verilir. Bu, faciəli bir zarafatdır. Əgər liderin saç düzümünü etsən, həbsə düşə bilərsən".

Ölkə daxilində səyahət

Şimali Koreyada insanların ölkədaxili hərəkəti də ciddi nəzarətdədir və hətta qonşu şəhərə getmək üçün belə icazə almaq lazımdır. Ölkədən kənara çıxmaq isə ağlasığmaz bir şeydir.

"Biz heç vaxt ölkədən gedə biləcəyimizi düşünməzdik. Çünki biz bu ölkədə pasportsuz doğulmuşuq. Məhz buna görə də buranı həbsxana-dövlət adlandırırıq", - Ço əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri