Icma.az
close
up
RU
Şimali Koreyada varis sirri: Kim Çen Inın 12 yaşlı qızı səhnədə tez tez görünür

Şimali Koreyada varis sirri: Kim Çen Inın 12 yaşlı qızı səhnədə tez tez görünür

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şimali Koreyada gözlər Kim Çen Inın kiçik qızına çevrilib. Hələ 12 yaşında olmasına baxmayaraq, dövlət mediasında getdikcə daha görünən Kim Juae üçün “varis” iddiaları güclənir. Bir neçə il əvvəl səhnəyə utancaq davranışları ilə çıxan Juae, indi fotolarda atası önündə görünür. 


Sherg.az xəbər verir ki, Kim Juae ilk dəfə 2022-ci ilin noyabrında atası ilə bir ballistik raket sınağı zamanı görüntülənib. Media üçün yayılan şəkillərdə Kim Çen In və qızı əl-ələ tutaraq raketin önündə yürüyürdü. Bu poza, Kim Çen Inın qızını dünyaya təqdim etdiyi bir əzələ nümayişi kimi şərh edildi. O vaxtdan etibarən Juae atası yanında daha görünən bir fiqur halına gəldi. Bu, ekspertlər tərəfindən onun gələcəkdə Şimali Koreyada başa keçməsi üçün yetişdirildiyi əlaməti kimi qiymətləndirilir.


Kim Juae hələ rəsmi bir titul daşımır və dünyada səsi eşidilməyib. Şimali Koreya Dövlət Televiziyasında adı belə çəkilməyib. Mediada onun haqqında verilən xəbərlərdə yalnız “liderin ən sevilən və hörmət edilən” və ya “əziz qızı” ifadələri işlədilib. ABŞ mərkəzli “The New York Times”a görə, Cənubi Koreyalı kəşfiyyatçılar və analitiklər, atasının varisi olaraq gördükləri gənc qız haqqında daha çox məlumat toplamaq üçün ciddi araşdırma aparır.

Juae üç il əvvəl ilk dəfə ictimaiyyət qarşısına utancaq və çəkingən bir qız kimi çıxmışdı. Lakin zamanla atasının yanında utancaq bir qızdan onunla səhnəni paylaşan, özünə güvənən bir fiqur oldu. Hələ 12 yaşında olduğu təxmin edilən Juae, bəzilərinə görə anası Ri Soljunun yerini də əvəz edərək Şimali Koreyanın “Birinci Xanımı” roluna çevrilib.

İlk tanıdıldığı gündən bəri Juaenin Şimali Koreya dövlət mediyasındakı görünüşü dəyişib. İlk çıxışında, atası raket sınağı zamanı hərbi rəsmilərlə danışarkən arxada dayanan qız idi. Üç ay sonra, ailəsi ilə birlikdə Koreya Xalq Ordusunun 75-ci ildönümünü qeyd edən dövlət yeməyinə qatıldığında sevgi dolu bir ailənin qızı kimi təsvir edildi. Zamanla isə tədbirlərdə arxa sıralardan çıxaraq atasının yanına keçdi. 2023-cü ilin noyabrında dövlət mediası, Juaeyi ön planda, Kim Çen Inı isə arxa planda göstərən bir foto yayımladı. Analitiklər bu fotonun onun statusu haqqında çox şey söylədiyini bildirir. 


Juaenin doğum yeri və adı ilk dəfə 2012-ci ildə Şimali Koreyaya gələn və Kim ailəsi ilə görüşən sabiq amerikalı basketbolçu Dennis Rodman tərəfindən qeyd edilmişdi. 2022-ci ildə ağ, dolğu ilə hazırlanmış qışlıq gödəkçə ilə ilk dəfə ictimaiyyət qarşısına çıxanda, Pyongyangdakı digər elit uşaqlardan fərqli görünmürdü. Lakin böyüdükcə geyimləri daha rəsmi oldu və otoritet fiquruna çevrildi. Anası görünməz olduqca, Juae onun moda anlayışını qəbul etməyə başladı. Kiçik qızın davranışlarında da dəyişikliklər müşahidə edildi; hətta alqışlama tərzi belə zamanla daha ciddi oldu.

Kim Çen In, kiçik qızını ictimaiyyətə tanıtmaq üçün 2022-ci ildə ballistik raket sınağını seçdi. Juae o gündən etibarən atasının yanında çox sayda hərbi və nüvə obyektlərinə səfərlər etdi, nüvə proqramında çalışan yüksək vəzifəli şəxslərlə görüşdü. Analitiklərə görə, Kim Çen Inın qızını gələcəkdə öz yerini tutması üçün əvvəlcə ordu üzərində otoritet qura biləcəyinə inanır.


Ekspertlər hesab edir ki, Kim Çen Inın varisini erkən yaşda ictimaiyyətə tanıdaraq atasının etdiyi səhvlərdən qaçmaq istəyir. Cənubi Koreya kəşfiyyatına görə, Kim Çen Inın təxminən 1.70 m boyunda və 145 kq ağırlığında, həmçinin həddindən artıq siqaret və spirt istifadəsi vərdişi var. Analitiklər liderin uzun saatlar internetdə vaxt keçirdiyini, nizamlı qidalanmadığını düşünür. Eyni zamanda, atası və babasının ölümünə səbəb olan ürək xəstəlikləri ola biləcəyi də qeyd olunur.

Kim Çen Inın sağlamlığı və Şimali Koreyanın gələcək liderinin kim olacağı hələlik yalnız ehtimal səviyyəsindədir. Nüvə gücünə sahib ölkənin növbəti liderinin kim olacağını isə zaman göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri