Şimali koreyalı hərbçilərin Ukrayna müharibəsində iştirakı rəsmən təsdiqləndi
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Rusiya Müdafiə Nazirliyi Kollegiyasının genişləndirilmiş iclası keçirilib.
Hurriyyet.az xəbər verir ki, müdafiə naziri Andrey Belousov hesabatında Ukrayna qoşunlarının Donbas və Zaporojyedəki mühüm müdafiə məntəqələrinin məhv edildiyini bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu 300-dən çox yaşayış məntəqəsini azad edib.
Kollegiyanın genişləndirilmiş iclasında Rusiya prezidenti Vladimir Putin Şimali Koreya hərbçilərinin Kursk vilayətinin azad edilməsinə verdiyi töhfəni qeyd edib:
"Şimali koreyalı silahdaşlarımızı da təbrik etmək istərdim. KXDR-in dövlət işləri üzrə sədri yoldaş Kim Çen Inın qərarı ilə onlar Kursk vilayətinin azad edilməsində iştirak etmək üçün göndərilib və rus əsgərləri ilə çiyin-çiyinə düşmənlə mərd və cəsarətlə vuruşublar".
Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri “azad edilmiş Kursk vilayətinin minalardan təmizlənməsi üzrə genişmiqyaslı və son dərəcə mürəkkəb işdə iştirak ediblər”.
Share
Tweet
Email
Share
Share
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 17 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















