Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə 960 min mina basdırdığı iddia olunur
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Koreyanın 2024-cü ildən bəri iki ölkə arasındakı sərhəd boyunca təxminən 960 min piyada əleyhinə mina basdırdığı iddia edilir.
BAKU.WS xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin deputatlarına istinadən Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, Cənubi Koreya ordusu məsələ ilə bağlı parlamentə hesabat təqdim edib. Bildirilib ki, Şimali Koreya 2024-cü ildən etibarən sərhəddə müdafiə istehkamlarını gücləndirməyə başlayıb.
Hesabatda Şimali Koreya hərbçilərinin hərbi demarkasiya xətti boyunca tikanlı məftillərin çəkilməsi, minaların basdırılması və tank əleyhinə maneələrin yerləşdirilməsi fəaliyyətlərini artırdığı qeyd olunub.
Hərbi ekspertlərin qiymətləndirmələrinə görə, iki ölkəni ayıran hərbsizləşdirilmiş zona boyunca Cənubi Koreyanın basdırdığı minalar da daxil olmaqla, ümumilikdə 2 milyondan çox mina ola bilər.
Qeyd edək ki, Şimali və Cənubi Koreya arasındakı sərhəd dünyanın ən ciddi hərbiləşdirilmiş bölgələrindən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 23 Oktyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















