Şimali Makedoniya Prezidenti Azərbaycan liderinə başsağlığı verib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu dəhşətli faciə zamanı insan tələfatına görə dərindən təəssüflənirəm.
Sizə, dost Azərbaycan xalqına və həlak olanların ailələrinə bu kədərli anlarda ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm".
Bu mövzuda digər xəbərlər:Azərbaycan lideri Şimali Makedoniya Prezidenti ilə görüşüb
14 Noyabr 2024 12:25
Baxış sayı:155
Bu xəbər 06 Yanvar 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















