Şimali Sudanda qızıl mədəni çöküb: 15 nəfər ölüb
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sudanın şimalındakı Vadi Halfa şəhəri yaxınlığında ənənəvi qızıl mədəninin çökməsi nəticəsində ən azı 15 nəfər ölüb, daha bir nəfər yaralanıb.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Sudan Mineral Ehtiyatlar Şirkəti açıqlama yayıb.
Mədən fəaliyyətinə nəzarət edən dövlət qurumu olan şirkət açıqlamasında qəzanın mədənçilərin əvvəllər təhlükəli hesab edildiyi üçün səlahiyyətlilər tərəfindən bağlanmış bir sahəyə girməsindən sonra baş verdiyini bildirib.
Xilasetmə qruplarının hadisə yerinə göndərildiyi bildirilir. Mülki müdafiə bölmələri dağıntılar altında qalan qurbanları axtarmağa davam edir.
Şahidin sözlərinə görə, mədənçilər dəfələrlə bağlı mədənə girməmək barədə xəbərdarlıqlara məhəl qoymayıblar.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 07 İyul 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















