Icma.az
close
up
RU
SİMDNX da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib FOTOLAR

SİMDNX da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində (SİMDNX) şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.

"Unikal" xəbər verir ki, SİMDNX-dən verilən məlumata görə, tədbirdə Xidmətin rəhbər heyəti, şöbə və sektor müdirləri, həmçinin SİMDNX-də fəaliyyət göstərən Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Tədbir Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini Tural Abbasov çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının milli birliyinin, siyasi iradəsinin və ədalətin təntənəsidir:

“Beş il əvvəl xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bu Qələbə xalqımızın birliyinin, milli iradəsinin və ədalətin təntənəsi idi. Bu gün hər bir azərbaycanlı bu Zəfərlə qürur duyur”.

Tural Abbasov həmçinin vurğulayıb ki, əldə edilən Qələbənin əsasında dövlətimizin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti, güclü iqtisadi potensial və xalqla dövlətin sarsılmaz birliyi dayanır.

O, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb:

“Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti olaraq biz də bu siyasətə sadiq qalırıq. Xidmətimizdə şəhid ailələrinin üzvlərinin və qazilərin işlə təmin olunması, onların bilik və təcrübələrindən faydalanması üçün bütün zəruri şərait yaradılıb. Onlar həm fədakarlıqları, həm də peşəkarlıqları ilə kollektivimiz üçün nümunədirlər”.

Görüş zamanı Vətən müharibəsi iştirakçıları və qazilər öz döyüş xatirələrini bölüşüb, 8 Noyabr Zəfərinin xalqımız üçün mənəvi əhəmiyyətindən danışıblar. Onlar şəhidlərin ruhuna ehtiramlarını ifadə edərək dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbir şəhidlərin müqəddəs xatirəsinin bir daha dərin hörmət və minnətdarlıqla yad olunması və “Qarabağ Azərbaycandır!” şüarının səsləndirilməsi ilə yekunlaşıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri