Simiç: “Borussiya”nın nə qədər güclü rəqib olduğunun fərqindəyik”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah” Misli Premyer Liqasının VIII turunda “Qəbələ”ni məğlub edib – 4:0.
Futbolpress.az xəbər verir ki, matçdan sonra “bayquşlar”ın futbolçusu Velko Simiç jurnalistlərin suallarını cavablandırdı:
– Böyükhesablı qələbə qazandız. Fikirləriniz nədir?/
– Birinci hissədə oyuna nəzarəti tam ələ ala bilmədik. Lakin ikinci yarıda olduqca yaxşı çıxış etdik. Matça nəzarəti ələ keçirdik və qalib gəldik. Komandamızı təbrik edirəm.
– Qarşıdan “Borussiya” (Dortmund) ilə ÇL matçı gəlir. Gözləntiləriniz nədir?
– Çempionlar Liqasında növbəti böyük oyunumuzdur. Bu cür matçlarda oynamaq bizim üçün yenidən böyük zövq olacaq. “Borussiya”nın nə qədər güclü rəqib olduğunun fərqindəyik, amma inanıram ki, şansımız çoxdur və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– “Slaviya”, yoxsa “Borussiya” – Hansına qarşı oynamaq daha rahat və ya asandır?
– Məncə, olduqca fərqli komandalardır, bilirsiniz. “Slaviya” həqiqətən mürəkkəb komandadır, fərdi, birəbir mübarizə aparırlar.
– Komandaları ad olaraq nəzərdə tuturam…
– Yaxşı, tutaq ki, “Borussiya” daha böyük addır, amma Çempionlar Liqasında bu, o qədər də vacib deyil. Bütün komandalar həqiqətən yüksək keyfiyyətə malikdir və hər biri ilə oynamağa hazır olmalısan.
– Bu oyunda sizə nə kömək edə bilər? Doğma meydan amili, azarkeşlər, yoxsa şans?
– Əlbəttə, möhtəşəm azarkeş dəstəyi önündə, evdə oynamaq bizim üçün böyük üstünlükdür. Lakin matçın taleyini meydana çıxan 11 futbolçu həll edir. Meydança amilinin bizə kömək edəcəyinə inana bilmərik. Performansımız ən yüksək səviyyədə olmalıdır.
– “Borussiya” ilə fiziki olaraq oynamaq barədə düşünmüsünüzmü? Çünki rəqib Bundesliqada çıxış edir…
– Elədir, amma inanıram ki, biz də sürətli və güclüyük. Ona görə də düşünürəm ki, bunun öhdəsindən gələ bilərik.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 18 Oktyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















