Icma.az
close
up
RU
Simonyan Bakıdan qayıdanda özü ilə kimləri aparmaq istəyib? SENSASİON İDDİA

Simonyan Bakıdan qayıdanda özü ilə kimləri aparmaq istəyib? SENSASİON İDDİA

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın Bakıya səfərinin təfərrüatları barədə iddialar yayılıb.

Turkustan.az xəbər verir ki, Ermənistan mediası MTX rəhbərinin Bakıda apardığı danışıqlar zamanı həbsdə olan 10 erməninin qaytarılması məsələsini gündəmə gətirdiyini yazır.

"Hraparak" nəşri siyahıda yer aldığı iddia olunan şəxslərin adlarını yayımlayıb.

Erik Qazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan, Mədət Babayan.

İrəvanın təklif etdiyi siyahıda bu şəxslərin olduğu deyilir. Siyahıda Qarabağda keçmiş qondarma rejimin rəhbəri olmuş, hazırda müharibə cinayətlərində ittiham olunan şəxslərin olmaması diqqət çəkir. Bunun iki mümkün səbəbi görünür.

Birincisi, Azərbaycan müharibə cinayətlərində ittiham olunan şəxslərin Ermənistana təhvil verilməsini müzakirə belə etmək niyyətində deyil: bunu anlayan İrəvan məsələni ümumiyyətlə gündəmə gətirməyib;

İkincisi, Ermənistan hakimiyyəti daxili siyasi sabitlik üçün keçmiş "Qarabağ klanı"nın üzvü olan bu şəxslərin qaytarılmasında maraqlı deyil, çünki onlar İrəvanda "qəhrəman" kimi qarşılana və Paşinyan hakimiyyətinə "başağrısı" yarada bilər;

"Hraparak" da yazır ki, Simonyan Bakıda apardığı müzakirələrdə həmin şəxslərin qaytarılması məsələsinə ümumiyyətlə toxunmayıb. Nəşr iddia edir ki, 10 erməninin qaytarılması qarşılığında rəsmi Bakının də öz şərtləri var. Bunun konkret nədən ibarət olduğu bilinməsə də, nəşr Simonyanın Azərbaycanın tələbləri ilə razılaşdığını yazır.

Bu iddiaların doğruluğu sual altındadır. Hərçənd, Ermənistan hakimiyyəti seçki öncəsi həbsdə olan ermənilərin bir neçəsini qaytarmaqla reytinqini yüksəltmək istəyə bilər. Əslində belə bir iddianın tirajlanmasi da Paşinyan hakimiyyətinə sərf edir. Çünki Simonyanın İrəvana qayıdışından sonra hakimiyyətə qarşı "Pasinyanin adamı Bakıdan əliboş qayıtdı" kimi ittihamlar səslənir

İstisna deyil ki, Ermənistan hakimiyyəti belə iddia ilə "ermənilərin qaytarılması prioritetdir, bu istiqamətdə danışıqlar aparılır" mesajını verməyə, ittihamları neytrallaşdırmağa çalışır./publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri