Simonyan: Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı saxlaya bilməz
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilməz, lakin Nikol Paşinyanın dövlət qurumlarına bu ölkə ilə aktiv əlaqələrin bərpasına göstəriş verdiyi ilə bağlı xəbərlər əsassızdır”.
APA “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
O söyləyib ki, ölkəsinin siyasi vektorunu dəyişməsi ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil:
“Ermənistan öz suverenliyi və müstəqilliyini qoruyur. Biz yalnız aldadıldığımızı görəndə fikir bildirir, bununla bağlı məsələ qaldırırıq. Rusiya da daxil olmaqla, hər hansı bir dövlətlə əlaqələrimizə son qoyacağımızı deməmişik. Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilmərik”.
A. Simonyan KTMT ilə bağlı danışarkən bildirib ki, bu qurum ilk növbədə özünün mövcud olub-olmadığını dəqiqləşdirməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Mart 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















