Icma.az
close
up
RU
Simonyan haqlıdır: Köçəryan Rusiyanın həm Ermənistanda, həm də Qarabağda istifadə etdiyi alətdir

Simonyan haqlıdır: Köçəryan Rusiyanın həm Ermənistanda, həm də Qarabağda istifadə etdiyi alətdir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Hesab edirəm ki, sabiq prezident Robert Köçəryan Ermənistanda Rusiya casusu statusuna malik şəxsdir.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Hesab edirəm ki, Robert Köçəryan Ermənistan Respublikasında Rusiya casusu statusuna malik şəxsdir. Köçəryan Rusiyanın maraqlarını güdən və yalnız bu istiqamətdə xidmət göstərən fiqurdur. Mən onun fəaliyyəti, yaydığı mətnlər və bəyanatlarını görürəm, bu, mənim siyasi qiymətimdir. Siz Rusiyanın bəyanatları ilə tam üst-üstə düşən bəyanat verəndə, fraksiyanızın üzvləri Rusiya tərəfinin fikirləri ilə üst-üstə düşən çıxışlar edəndə mən belə nəticələr çıxara bilərəm”, - parlamentin sədri qeyd edib.


Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Simonyanın Rusiyanı və Köçəryanı ittiham edən açıqlaması Paşinyanı birbaşa hədəfə gətirməmək üçündür:


"Çünki Simonyan dövlət rəhbərliyində təmsil olunan siyasətçi kimi istənilən zaman özünün subyektiv fikirlərini bildirə bilər. Hər şeydən öncə patlamentin spikeri Milli Məclisin deputatıdır. Yəni xalq tərəfindən seçilmiş bir nümayəndədir. Bu fikirlərə gəldikdə isə Simonyan  bunu açıq şəkildə ifadə edir. Bundan açıqlamaya görə Ermənistan-Rusiya münasibətlərinin gərginləşəcəyini demək mümkün deyil. Ümumiyyyətlə həm Rusiyaya ,həm də Ermənistana birbaşa aydındır ki, Köçəryan Rusiyanın hazırladığı casusdur. Hətta Köçəryan Rusiyanın həm Ermənistanda, həm də Qarabağda istifadə etdiyi alətdir. Kreml bu gün də o missiyanı davam etdirir. Keçmişdə Rusiya özü Sarksyanı hakimiyyətdən uzaqlaşdıraraq yerinə Köçəryanı gətirdi. Bununla da Ermənistan Rusiyanın nəzarəti altında oldu. Bu mənada Simonyanın dediklərində həqiqətdən kənar açıqlama yoxdu. Sözügedən klan vasitəsilə həm Qarabağ idarə olunub, həm də Ermənistan iqtisadi, hərbi və siyasi cəhətdən Rusiyanın nəzarətində olub". 


Analitik əlavə edib ki, Ermənistanda həmçinin növbəti Parlament seçkiləri keçiriləcək və Köçəryan bu seçkilərə hazırlaşır: 

"Parlament seçkiləri öncəsi  Ermənistan ictimai rəyində də müxtəlif fikirlər mövcuddur. Ermənistanın heç vaxt müstəqil iradəyə sahib prezidentləri olmuyub. Bu dönəmdə Ermənistan sadəcə Rusiyanın əyaləti statusunda ola bilər. Köçəryan kimi prezidentlərin siyasi iradələri heç nəyi ifadə etmir".


Fidan Fərhad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri