Simonyandan Belarus və Rusiyaya SƏRT MESAJ
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
“Robert Köçəryan, Serj Sərkisyan, Qaqik Sarukyan, Samvel Karapetyan və keçmiş hakimiyyətlərə bağlı digər qüvvələrin səhifəsi birdəfəlik bağlanmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Spiker Köçəryan, Samvel Karapetyan və digər müxalif qüvvələrin seçki siyahılarını açıqlamasını belə şərh edib:
“Üç müxalifət siyahısı dərc edilib - “Roboserj” siyahısı.
Sadəcə öz işçilərini qarışıq şəkildə - kim kimi xatırlayıbsa, yazıblar, sonra da hər biri bir səhifəsini götürüb dərc edib. Qısa desək, eyni insanlar müxtəlif “qablaşdırma”dadır.
Bu rədd edilmiş keçmişin “qəhrəmanlarının” səhifəsi birdəfəlik bağlanmalıdır. Rusiya-Belarus layihəsi parlament seçkilərində sıfır səs almalıdır. Ermənistan sülhsevər, müstəqil və suveren qalacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 10 Aprel 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















