Simonyandan İrana cavab: ABŞ bizdən niyə istifadə etsin ki?
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan heç vaxt dost İrana qarşı addım atmayıb və atmaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İranın İrəvandakı səfirinin sərt açıqlamasını şərh edərkən deyib.
Simonyan bildirib ki, “Tramp yolu” layihəsi İran da daxil olmaqla, regiondakı bütün ölkələr üçün əlavə imkanlar yarada bilər:
“İranda daxili vəziyyət sabitləşdikcə və gərginlik azaldıqca rəsmi Tehran bu narahatlıqların əsassız olduğunu görəcək. İranın ondan çox qonşusu var, ABŞ hipotetik hərəkətlər etsə, Ermənistanla 23 kilometrlik sərhəddən niyə istifadə etsin ki? Ermənistan hakimiyyəti iranlı həmkarları ilə daim əlaqə saxlayır və yarana biləcək hər hansı şübhəni aradan qaldırmaq üçün bütün zəruri izahatları verməyə hazırdır”.
Qeyd edək ki, İranın İrəvandakı səfiri Xəlil Şirqulami Tehranın Ermənistanın ona düşmən qüvvələrin fəaliyyəti üçün platformaya çevrildiyi təəssüratında olduğunu demişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 16 Yanvar 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















