Simonyandan Qarabağla bağlı şok: Bu, bizim üçün tələ idi!
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ermənistan Milli Parlamentinin sədri Alen Simonyan Qarabağ məsələsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Simonyan “DW”yə müsahibəsində Qarabağ məsələsinin Ermənistan üçün “tələ” olduğunu bildirib.
“Bu, bir tələdir, biz bunu dəfələrlə bəyan etmişik. Bu, müstəqil Ermənistan üçün qurulmuş tələdir. Məqsəd Ermənistanın heç vaxt tam müstəqil olmaması idi. Eyni zamanda Azərbaycan da tam müstəqil olmayacaq, daim nəzarət və təsir altında qalacaqdı”, – deyə o vurğulayıb.
Simonyan əlavə edib ki, Qarabağ artıq bağlanmış mövzudur və Ermənistan bu məsələyə yenidən qayıtmamalıdır:
“İnanıram ki, biz bunu artıq bəyan etmişik, Qarabağ bağlıdır və bu məsələyə bir daha qayıtmamalıyıq. Bu, yeganə düzgün yoldur”, – deyə parlament sədri bildirib.
O, həmçinin “tarixi Ermənistan” ideyasının axtarışının az qala “real Ermənistan”ın itirilməsinə gətirib çıxardığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 10 May 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















