Şimşək çaxır, yağış yağır GÜNÜN HAVASI
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
İyunun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Düşən yağıntının miqdarı Şahbuzda 15, Qaxda 13, Balakəndə 9, Gədəbəydə 7, Daşkəsəndə 6, Zaqatala, Ağdamda 5, Naxçıvan, Şəkidə 4, Bərdə, Şərur, Şəmkir, Xaltanda 3, Naftalan, Oğuz, Şamaxı, Xaçmaz, Tərtər, Göyçayda 2, Ceyrançöl, İsmayıllı, Ağsu, Qobustan, Xızı, Quba, Yevlax, Zərdab, Kürdəmir, Goranboy, Sabirabad, Lerik, Şahdağ, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.
İyunun 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Tovuzda 20, Daşkəsən, Naftalanda 18 m/s-yə çatıb.
Baxış sayı:105
Bu xəbər 14 İyun 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















