Sinan Akçılla bağlı məhkəmə qərar verdi FOTO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli müğənni Sinan Akçıl 10 il ərzində ödənilməyən dayanacaq və evakuasiya haqları səbəbilə icra prosesi ilə üzləşib.
Milli.Az xəbər verir ki, İstanbul 19-cu Mülki Birinci İnstansiya Məhkəməsi onun mikroavtobusunun 15 oktyabr 2014-cü ildən 20 avqust 2024-cü ilə qədər olan dayanacaq haqqını 120.928 TL, evakuasiya haqqını isə 1.190 TL olaraq müəyyən edib.
Məhkəmə qərarına əsasən, icraat 50.000 TL məbləği üzrə davam etdiriləcək. Qeyd olunur ki, mikroavtobus hələ də dayanacaqda qalıb.
Sinan Akçılın vəkilləri əvvəlcə icra prosesinə etiraz etmiş, proses müvəqqəti dayandırılmışdı. Daha sonra şirkət "etirazın ləğvi" tələbi ilə məhkəməyə müraciət etmişdi. Məhkəmə ekspert rəyi və cavabdehin səhlənkarlığı nəzərə alınaraq borcun ödənilməsindəki çatışmazlıqları təsdiqləyib.
Qərardan sonra şirkət 12 dekabr tarixində Akçılın bank hesablarına və işlədiyi istehsal şirkətlərinə müsadirə bildirişləri göndərib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















