Sinif rəhbərləri “Rəqəmsal məktəb” ilə tədris nəticələrinin inkişaf dinamikasını izləyir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
“Rəqəmsal məktəb” platforması vasitəsilə sinif rəhbərləri şagirdlərin davamiyyətini, təlim nəticələrini izləyə və valideynlərlə birbaşa ünsiyyət yarada bilirlər. Bu isə əlavə vaxt sərf etmədən hesabatlılığın operativ və dəqiq təmin olunmasına imkan yaradır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, sinif rəhbərləri platforma üzərindən şagirdlərin şəxsi işlərinə və məlumatlarına baxır, tədris nəticələrinin inkişaf dinamikasını izləyir, risk qrupuna daxil olan təhsilalanları müəyyənləşdirirlər.
Elektron platformanın tətbiqi vaxta qənaət etməklə sinif rəhbərlərinin iş yükünün azaldılmasına da müsbət təsir göstərir.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilindən etibarən “Rəqəmsal məktəb” platforması uğurla tətbiq olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 30 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















