Sinif yoldaşını öldürən məktəbli ömürlük həbs cəzasına məhkum edildi
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çində 13 yaşlı sinif yoldaşını öldürən oğlana ömürlük həbs cəzası verilib.
Publika.az xəbər verir ki, mart ayında Hebey əyalətində 13 yaşlı iki oğlan sinif yoldaşı Vanqı öldürərək tərk edilmiş istixanada basdırıblar.
Məhkəmə onların əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə qərar verib. Oğlanlardan biri ömürlük, digəri isə 12 il həbs cəzasına məhkum edilib.
Qeydlərə görə, cinayətkarlar Vanqı öldürmək üçün plan qurublar. Belə ki, onlar Vanqı istixanaya apararaq, başına kürəklə vurublar. Ardınca onun telefonunu alaraq bank hesabındakı pulu özlərinə köçürdükdən sonra Vanqı basdırıblar.
Vanqın ailəsi və vəkili verdikləri açıqlamada onun uzun müddət məktəbdə üç sinif yoldaşı tərəfindən zorakılığa məruz qaldığını bildirib.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















