Siniflərə istilik qısa müddətə verilir, sonra dayandırılır: Şagirdlərin yarısı xəstədir ŞİKAYƏT
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində orta məktəb üçün yeni bina tikilib, ancaq valideynlər deyirlər ki, sinif otaqları soyuq olur, bu səbəbdən uşaqları tez-tez xəstələnir.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, söhbət Sulutəpə qəsəbəsindəki 313 saylı tam orta məktəbdən gedir.
Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Yəni siniflərə istilik qısa müddətə verilir, daha sonra isə dayandırılır. Bu isə siniflərin tam isinməsi üçün kifayət etmir.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Xəzər Xəbər"ə bildirilib ki, 313 nömrəli tam orta məktəb fərdi qazanxana vasitəsilə istiliklə təmin edilir.
Məktəbdə istilik sistemi işlək vəziyyətdədir və fəaliyyəti aidiyyəti mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. Qurumdan o da bildirilib ki, məktəbin istilik sistemində hər hansı texniki problem yarandıqda, qısa zamanda operativ həlli üçün zəruri işlər aparılır.
Ətraflı süjetdə:
Siniflərə istilik qısa müddətə verilir, sonra dayandırılır: Şagirdlərin yarısı xəstədir - ŞİKAYƏT
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 18 Dekabr 2024 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















