Icma.az
close
up
RU
“Sınıqsalxaq” “Real” “Enfild”də “ağ bayraq qaldırmalı” oldu

“Sınıqsalxaq” “Real” “Enfild”də “ağ bayraq qaldırmalı” oldu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İkinci oyun günü sürpriz nəticələrlə start götürdü. “Şturm” və “Srvena Zvezda” “böyük beşlik” təmsilçilərini yenməklə hesabına ilk xalları yazdılar. Özü də Serbiya çempionu erkən qol buraxmasına baxmayaraq, “Ştutqart”ı sürpriz şəkildə darmadağın etdi!

Turun mərkəzi oyununda “Liverpul” “sınıq-salxaq” “Real”ı qəbul etdi. Heyətlə bağlı onsuz da problemlər yaşayan Madrid nəhəngi bu oyundan öncə Vinisiusu da itirmişdi. Mbappe, Dias və Arda Gülərdən ibarət olan hücum xətti isə hazırda bəlkə də Avropada ən güclü komanda olan “Liverpul”u yenmək üçün kifayət etmədi. Vinisiusun yoxluğunda, nəhayət, sevimli sol cinahında qərarlaşan Mbappe ümidləri doğrultmadı. Bredli öz cinahında ona göz açmağa imkan vermədi. Zəif performans azmış kimi, Mbappe penaltini də qaçırdı. Makallisterin qolundan bir müddət sonra qonaqlar penalti qazandılar və Kelleher fransalı ulduzun zərbəsini çox inamlı şəkildə dəf etdi.
Düzdü, çox keçmədən Salah da penaltini boşa verdi. Amma “Liverpul” layiq olduğu ikinci qolu Qakpo ilə vurdu. “Qırmızılar” 5-ci turu da itkisiz başa vurdular və 1/8 finala vəsiqə qazanan ilk komanda oldu. “Real” isə 5-ci turu 6 xalla və 24-cü pillədə tamamladı. ÇL-in son qalibi pley-offdan kənar qalmaq təhlükəsi ilə üzləşib. Digər oyunlara gəlincə, son finalçı “Borussiya” Zaqrebdə gözləniləndən asan qələbə qazandı. “Bolonya”, nəhayət, ÇL-də ilk qolunu vursa da, məğlubiyyətdən qurtula bilmədi. “Lill”in heyətində ilk qollarını vuran 20 yaşlı konqolu Mukau komandasına qələbə qazandırdı.
“Yuventus” çətin Birmingem səfərindən 1 xalla qayıtdı. “Aston Villa”nın evdə İtaliya təmsilçilərinə qarşı 3 oyunluq qələbə seriyası qırılsa da, qol buraxmamaq seriyası 4 oyuna yüksəldi. “Seltik” Karter-Vikersin kuryoz avtoqoluna baxmayaraq, “Brügge” ilə oyunda məğlubiyyətdən qurtulmağı bacardı. Monakoda və Eyndhovendə isə inanılmaz geridönüşlər qeydə alındı. “Monako” 2-ci hissədə azlıqda qala-qala, hesabda önə keçsə də, davamını gətirə bilmədi. “Benfika” oyunun sonlarında Kabral və Amduninin baş zərbələri ilə əzmkar qələbə qazandı. Amma əsas əzmkarlıq nümunəsini PSV nümayiş etdirdi. Niderland çempionu fanatları önündə aşkar favorit olduğu matçda “Şaxtyor”dan hələ fasiləyə qədər iki top buraxdı. İkinci hissənin ortalarında azlıqda qalan qonaqlar 86-cı dəqiqəyə qədər dözsələr də, sonradan vəziyyət 180 dərəcə dəyişdi. PSV qalan qısa müddət ərzində 3 qol vuraraq tarixi qələbə qazandı.
Srvena Zvezda – Ştutqart 5:1 (2:1)
Srvena Zvezda (Belqrad, Serbiya): Quteşa, Mimoviç, Spayiç, Ciqa, Sol Yun Vu,
Elsnik, Kruniç (Kanqa, 77), Silas (Qomeş, 77), Maksimoviç (İvaniç, 59), Milson (Radonyiç, 67), Ndiaye (Duarte, 67).
Ştutqart (Almaniya): Nübel, Ştensel (Rider, 46), Ruo, Şabo, Mittelştadt, Karazor, Ştiller (Kaytel, 84), Vaqnoman (Stergiu, 76), Miyo (Malanqa, 76), Fürix (Boakye, 84), Demiroviç.
Qollar: Demiroviç, 5 (0:1). Silas, 12 (1:1). Kruniç, 31 (2:1). İvaniç, 65 (3:1). Radonyiç, 69 (4:1). Radonyiç, 88 (5:1).
Vərəqələr: Maksimoviç, 45. Ndiaye, 45+2. Ruo, 45+2. Kruniç, 52 – sarı.
Hakim: Erik Lamrexts (Belçika).
27 noyabr. Belqrad. 41372 tamaşaçı.
Şturm – Jirona 1:0 (0:0)
Şturm (Qrats, Avstriya): Xudyakov, Qazibeqoviç, Ayvu, Qayrhofer, Lavale, Çukvuani, Yalkuye (Horvat, 65), Bevinq (Hirlender, 90+1), Kiteişvili, Biret (Qorents Stankoviç, 76), Yatta (Ərəncan Yardımcı, 65).
Jirona (İspaniya): Qazzaniqa, Franses (Solis, 73), Xuanpe, Kreyçi, Blind (Danjuma, 67), Romeu, Qutyerres, Martin (Asprilya, 52), Tsıqankov (Ruis, 73), Xil, Miovski (Stuani, 67).
Qol: Biret, 59.
Vərəqələr: Qazibeqoviç, 20. Xil, 64 – sarı.
Hakim: Rohit Saqqi (Norveç).
27 noyabr. Klaqenfurt. 21502 tamaşaçı.
Liverpul – Real 2:0 (0:0)
Liverpul (İngiltərə): Kelleher, Bredli (Qomes, 87), Konate, Van Diyk, Robertson, Cons (Soboslai, 83), Qravenberx, Makallister, Salah, Dias, Nunyes (Qakpo, 68).
Real (Madrid, İspaniya): Kurtua, Valverde, Asensio, Rüdiger, Mendi (Qarsiya, 71), Kamavinqa (Sebalyos, 56), Modriç (Endrik, 79), Bellingem, Arda Gülər (Vaskes, 56), Mbappe, Dias.
Qollar: Makallister, 52 (1:0). Qakpo, 76 (2:0).
Mbappe 61-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Salah 70-ci dəqiqədə penaltidən yararlana bilməyib (dirək).
Vərəqələr: Nunyes, 13. Asensio, 13. Qravenberx, 17. Makallister, 40. Mendi, 70. Sebalyos, 80. Endrik, 89 – sarı.
Hakim: Fransua Letesye (Fransa).
27 noyabr. Liverpul. 59546 tamaşaçı.
Monako – Benfika 2:3 (1:0)
Monako (Fransa): Mayetski, Vanderson, Sinqo, Kerer, Enrike (Mavissa, 57), Kamara (Maqassa, 57), Zakariya (İlenihena, 90+1), Akliuş, Ben Seqir (Salisu, 63), Qolovin, Embolo (Baloqun, 63).
Benfika (Lissabon, Portuqaliya): Trubin, Bah, Arauxo, Otamendi, Fernandes, Orkun Kökçü, Eursnes (Barreyro, 85), Luiş (Amduni, 65), Di Mariya (Rollhayzer, 90), Kərəm Aktürkoğlu, Pavlidis (Kabral, 65).
Qollar: Ben Segir, 13 (1:0). Pavlidis, 48 (1:1). Maqassa, 67 (2:1). Kabral, 84 (2:2). Amduni, 88 (2:3).
Vərəqələr: Luiş, 5. Fernandes, 29. Zəkəriyə, 41. Kerer, 41. Sinqo, 42. Kərəm Aktürkoğlu, 42. Mavissa, 79 – sarı. Sinqo, 58 – qırmızı (ikinci sarı).
Hakim: Rade Obrenoviç (Sloveniya).
27 noyabr. Monako. 13581 tamaşaçı.
Seltik – Brügge 1:1 (0:1)
Seltik (Qlazqo, Şotlandiya): Şmeyhel, Conston, Karter-Vikers, Trasti, Teylor (Valle, 59), Makqreqor, Hatate, Engels (Bernardo, 59), Kyun (Yan Hyun Cun, 88), Maeda (Forrest, 76), Furuhaşi (Ayda, 76).
Brügge (Belçika): Minyole, Seys, Ordonyes, Mexele, De Kuyper, Onyedika, Yaşari, Skov Olsen (Talbi, 77), Vanaken, Tsolis (Nilsen, 90), Yutqla (Vermant, 77).
Qollar: Karter-Vikers, 28-öz qapısına (0:1). Maeda, 60 (1:1).
Vərəqələr: Ordonyes, 48. Mexele, 76. Bernardo, 84. Seys, 90+2 – sarı.
Hakim: Georgi Kabakov (Bolqarıstan).
27 noyabr. Qlazqo. 57456 tamaşaçı.
PSV – Şaxtyor 3:2 (0:2)
PSV (Eyndhoven, Niderland): Benites, Karsdorp (Ledesma, 90), Flaminqo, Boskalyi (Losano, 74), Dams (Pepi, 46), Junior, Saybari, Tillman, Bakayoko, Lanq (Til, 64), De Yonq.
Şaxtyor (Donetsk, Ukrayna): Riznik, Konoplya, Bondar, Matvienko, Pedrinyo, Bondarenko, Kriskiv, Sudakov, Zubkov (Stepanenko, 66), Kevin (Franyiç, 71), Sikan (Eqinaldo, 55).
Qollar: Sikan, 8 (0:1). Zubkov, 37 (0:2). Tillman, 87 (1:2). Tillman, 90 (2:2). Pepi, 90+5 (3:2).
Vərəqələr: Boskalyi, 59. Saybari, 84. Kriskiv, 87. Tillman, 90+1 – sarı. Pedrinyo, 69 – qırmızı.
Hakim: Urs Şnayder (İsveçrə).
27 noyabr. Eyndhoven. 34800 tamaşaçı.
Dinamo Z – Borussiya D 0:3 (0:1)
Dinamo (Zaqreb, Xorvatiya): Zaqorats, Ristovski, Teofil-Katrin, Bernauer, Torrente, Pyer-Qabriel, Roq, Stoykoviç (Pyatsa, 62), Paviç (Hoca, 73), Baturina (Kulenoviç, 62), Kaçavenda (Şpikiç, 73).
Borussiya (Dortmund, Almaniya): Kobel, Qross, Anton, Şlotterbek, Bensebayni, Nmeça, Zabitser (Reyna, 61), Brandt (Ryuyerson, 46), Malen (Kouto, 74), Gittens (Dyuranvill, 61), Bayer (Girassi, 61).
Qollar: Gittens, 41 (0:1). Bensebayni, 56 (0:2). Girassi, 90 (0:3).
Vərəqələr: Torrente, 19. Baturina, 60. Bensebayni, 60. Kulenoviç, 66 – sarı.
Hakim: Kleman Türpen (Fransa).
27 noyabr. Zaqreb. 20019 tamaşaçı.
Bolonya – Lill 1:2
Bolonya (İtaliya): Skorupski, Poş (Holm, 85), Beukema, Lukumi, Likoyannis (Miranda, 68), Froyler, Ferqyuson, Orsolini (Odqor, 68), Fabbian (Kastro, 75), Ndoye (İlinq-Junior, 85), Dallinqa.
Lill (Fransa): Şevalye, Menye (Mandi, 73), Diakite, Ribeyro, Qudmundsson, Andre, Buaddi, Muaku (Haraldsson, 86), Fernandes (Bakker, 86), Sahraui (Jeqrova, 75), David.
Qollar: Mukau, 44 (0:1). Lukumi, 63 (1:1). Mukau, 66 (1:2).
Vərəqələr: Ribeyro, 22. Likoyannis, 33. Menye, 54. Mandi, 80. Odqor, 84. Jeqrova, 90+5. Kastro, 90+6 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
27 noyabr. Bolonya. 22420 tamaşaçı.
Aston Villa – Yuventus 0:0
Aston Villa (Birmingem, İngiltərə): Martines, Keş, Karlos, Torres, Din, Tilemans, Kamara (Barkli, 78), Beyli (Filocen, 86), Rocers, Makqinn, Uotkins (Duran, 78).
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Savona (Danilo, 66), Qatti, Kalulu, Kambyazo, Lokatelli, Türam (Facioli, 86), Konseysao, Koopmayners, Kənan Yıldız (Mbanqula, 82), Vea.
Vərəqələr: Tilemans, 10. Beyli, 12. Torres, 39. Kalulu, 45. Vea, 78. Koopmayners, 90+3 – sarı.
Hakim: Xesus Xil Mansano (İspaniya).
27 noyabr. Birmingem. 42589 tamaşaçı.
1. Liverpul 5 5 0 0 12-1 15
2. İnter 5 4 1 0 7-0 13
3. Barselona 5 4 0 1 18-5 12
4. Borussiya D 5 4 0 1 16-6 12
5. Atalanta 5 3 2 0 11-1 11
6. Bayer-04 5 3 1 1 11-5 10
7. Arsenal 5 3 1 1 8-2 10
8. Monako 5 3 1 1 12-7 10
9. Aston Villa 5 3 1 1 6-1 10
10. Sportinq 5 3 1 1 10-7 10
11. Brest 5 3 1 1 9-6 10
12. Lill 5 3 1 1 7-5 10
13. Bavariya 5 3 0 2 12-7 9
14. Benfika 5 3 0 2 10-7 9
15. Atletiko 5 3 0 2 11-9 9
16. Milan 5 3 0 2 10-8 9
17. Mançester Siti 5 2 2 1 13-7 8
18. PSV 5 2 2 1 10-7 8
19. Yuventus 5 2 2 1 7-5 8
20. Seltik 5 2 2 1 10-10 8
21. Feyenoord 5 2 1 2 10-13 7
22. Brügge 5 2 1 2 4-7 7
23. Dinamo Z 5 2 1 2 10-15 7
24. Real 5 2 0 3 9-9 6
25. PSJ 5 1 1 3 3-6 4
26. Şaxtyor 5 1 1 3 4-8 4
27. Ştutqart 5 1 1 3 4-11 4
28. Sparta 5 1 1 3 5-14 4
29. Şturm 5 1 0 4 2-6 3
30. Jirona 5 1 0 4 4-9 3
31. Srvena Zvezda 5 1 0 4 9-17 3
32. Zaltsburq 5 1 0 4 3-15 3
33. Bolonya 5 0 1 4 1-7 1
34. Leyptsiq 5 0 0 5 4-10 0
35. Slovan 5 0 0 5 4-18 0
36. Yanq Boyz 5 0 0 5 2-17 0
Bombardirlər: Levandovski (Barselona) – 7, Virts (Bayer-04), Keyn (Bavariya), Dyökereş (Sportinq), Rafinya (Barselona), Holann (Mançester Siti) – 5.
Faktlar
* “Liverpul” 2009-dan bu yana ilk dəfə “Real”ı məğlub edərək bu rəqibə qarşı 8 oyunluq qələbəsiz seriyaya son qoydu (1 heç-heçə, 7 məğlubiyyət).
* ”Liverpul” ÇL-də mövsümün ilk 5 oyununda qalib gələn və bu matçlarda cəmi 1 qol buraxan 5-ci komanda oldu. Daha öncə bunu “Milan” (1992/93), “Yuventus” (2004/05), “Atletiko” (2016/17) və PSJ (2017/18) bacarmışdı.
* Kelleher “Liverpul” karyerasında (penalti seriyası nəzərə alınmadan) indiyə qədər qapısına vurulan 4 penaltidən 3-nü dəf edib!
* Mbappe ÇL-də cəmi 2-ci dəfə penalti qaçırdı. O daha öncə 2021-in oktyabrında PSJ-nin heyətində “Leyptsiq”lə oyunda belə uğursuzluqla üzləşmişdi.
* Girassi “Borussiya”nın heyətində ÇL-də ilk 5 oyunda 6 qolun vurulmasında yaxından iştirak edərək (4 qol, 2 məhsuldar ötürmə) klub tarixinin rekordunu təkrarladı. Daha öncə “arılar”ın heyətində bu turnirdə ilk 5 matçda 6 qolun vurulmasında Holann (6 qol) və Dembele (1 qol, 5 məhsuldar ötürmə) iştirak etmişdi.
* “Jirona” ÇL-də keçirdiyi ilk 5 oyunun 4-dən məğlubiyyətlə ayrılan birinci İspaniya təmsilçisi oldu. Eyni zamanda “Jirona”nın ÇL-də ilk 3 səfər oyunundan qol vurmadan məğlubiyyətlə ayrılması da İspaniya klubları üçün yeni antirekorddu.
* PSV son 16 ildə ilk dəfə evdəki ÇL matçında fasiləyə iki top geridə yollandı. Sonuncu dəfə bu hal 2008-in sentyabrında “Atletiko” ilə oyunda yaşanmışdı.
* PSV ÇL tarixində 86-cı dəqiqəyə iki top geridə daxil olduğu qarşılaşmadan qələbə ilə ayrılan ilk komandadı (əlavə vaxta gedən oyunlar nəzərə alınmır)!
* “Srvena Zvezda” Almaniya klublarına qarşı 5-ci oyunda ilk qələbəsini qazandı. Buna qədər Belqrad təmsilçisi almanlarla keçirdiyi 4 matçın hamısında məğlub olmuşdu (top fərqi – 2:14).
* Zaqreb “Dinamo”su ÇL-də Almaniya klublarına qarşı keçirdiyi 14-cü oyunda da qələbəyə həsrət qaldı.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşçqçisi:

“Belə güclü rəqibi yenmək həmişə adama xoş hisslər bəxş edir. Yalnız növbəti mərhələyə vəsiqə qazanacağımız təqdirdə bu qələbənin həqiqətən də böyük dəyəri olacaq. Amma indi ÇL üçün bir qədər qeyri-adi durumdu. Ona görə də hansı qələbənin daha dəyərli olduğunu söyləmək çətindi. Son illərdə “Real” “Liverpul” üçün əsl başağrıya çevrilmişdi. Amma mövsümün əsas oyunları hələ irəlidədi. Mbappe ilə Salahın penaltini qaçırması sübut etdi ki, onlar da insandı”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Oyunun çətin keçəcəyi əvvəlcədən bəlli idi. “Enfild” Avropada ən çətin səfərlərdən biridi. Əlimizdən gələni etdik. Penalti qaçırdığımız ana qədər yaxşı müqavimət göstərdik və oyunun içində qaldıq. Amma sonradan səviyyəmiz düşdü. İlk yarıda əks-hücumlardan daha səmərəli yararlana bilərdik. Çünki iki-üç dəfə yaxşı əks-hücum üçün fürsətlər yaxalamışdıq. Hazırda Avropada bəlkə də ən çətin rəqibə layiqincə müqavimət göstərdik. Onlar intensivlik və dinamika baxımından bizi üstələdilər. Ona görə də nəticə ədalətlidi. Mbappe? Belə şeylər, adətən, özünəinamın istənilən səviyyədə olmamasından qaynaqlanır. İndiyə qədər çox penalti vurub. Bəzən alınmır. Hər bir hücumçu çətinliklə qol vurduğu dönəmlərdən keçib. Sadəcə, həvəsdən düşməməli və üzərində çalışmaqda davam etməlidi. Bütün komanda Mbappeni dəstəkləyir. Onun üçün bu durumdan yeganə çıxış yolu səbrli olmaqdı. Düzdü, artıq “8-liy”ə düşməyimiz real görünmür. Amma pley-offda mütləq oynayacağıq. Sonda hər biriniz bunun şahidi olacaqsız”.


Unay Emeri, “Aston Villa”nın baş məşqçisi:

“Yuventus”u yaxşı incələmişdik. Yeni komanda qursalar da, indidən rəqabətədavamlıdılar. Onları məğlub etmək çox çətindi. İki komanda üçün də çətin və gərgin oyun oldu. Bir xal normal nəticədi. “Yuventus” kimi komanda ilə başabaş oynadıq. 5 turdan sonra hesabımızda 10 xal var. Fikrimcə, hələ də ilk “8-liy”ə düşmək üçün yaxşı şansa malikik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Dekabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri