Sinirlioğlu İrəvana gəldi: Mirzoyanla sülh prosesi müzakirə edildi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in baş katibi Firidun Sinirlioğlu İrəvanda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesi, o cümlədən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi müzakirə edilib.
Nazir Mirzoyan sazişin imzalanmasının vacibliyini vurğulayıb.
Mirzoyan və Sinirlioğlu Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















