Sinner Federer və Nadalın uğurunu təkrarladı
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
İtaliyalı tennisçi Yannik Sinner Rocer Federer və Rafael Nadalın uğurunu təkrarlayıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 23 yaşlı idmançı bunu Avstraliya Açıq çempionatında yarımfinala yüksəlməklə bacarıb.
Avstraliyalı Aleks de Minauru məğlub edən dünyanın 1 nömrəli raketka ustası turnirdə 20-ci qalibiyyətini əldə edib. O, bu yarışda cəmi dörd görüşdə uduzub.
Beləliklə, Sinner 2000-ci ildən bəri 24 matçda 20 qələbə qazanan üçüncü oyunçu olub. Daha əvvəl bunu Rocer Federer və Rafael Nadal bacarıb.
Qeyd edək ki, Yannik Sinner yarımfinalda ABŞ-dən olan Ben Şeltonla üz-üzə gələcək.

Sinner Federer və Nadalın uğurunu təkrarladı
23 Yanvar 2025 23:25
İtaliyalı tennisçi Federer və Nadalın nailiyyətini təkrarlayıb
22 Yanvar 2025 17:48
Ronaldu və Nadalın restoranı bağlandı
12 Mart 2025 22:35
Ronaldo ilə Nadalın restoranı bağlandı
19 Mart 2025 20:32
Novak Cokoviç Rafael Nadalın rekordunu qırıb
24 Mart 2025 12:12

