Siqaret çəkənlər kənarda qalacaq Yeni işə qəbul qaydası
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Rusiyada işəgötürənlər arasında yeni və sərt tendensiya formalaşır: siqaret çəkən namizədlər getdikcə daha çox arzuolunmaz hesab olunur. Avtosfer.az xəbər verir ki, kadr şirkətlərinin məlumatına görə, artıq müştəri-işəgötürənlərin təxminən 50 faizi vakansiyalar üzrə siqaret çəkən namizədlərə ümumiyyətlə baxmaq istəmir.
Halbuki əvvəlki illərdə işə qəbul zamanı bu məqama ciddi əhəmiyyət verilmirdi. İndi isə vəziyyət dəyişib. Şirkətlər siqaret çəkməyi əmək intizamını zəiflədən və gizli xərclər yaradan amil kimi qiymətləndirirlər. İş prosesindən tez-tez ayrılmalar, fasilələrin çoxalması və ümumi məhsuldarlığın azalması işəgötürənləri bu mövqeyə gətirib.
Rusiya Səhiyyə Nazirliyinin statistikası da narahatlıq doğurur. Rəsmi məlumatlara əsasən, 15 yaşdan yuxarı əhalinin təxminən 18,6 faizi hələ də siqaret çəkir. Bu isə demək olar ki, hər beş nəfərdən biri deməkdir.
Kadr mütəxəssisləri bildirir ki, bəzi sahələrdə vəziyyət daha da kəskindir. Xidmət sektoru və tikinti sahəsində siqaret çəkənlərin payı 25–30 faizə çatır. Bu isə yüz nəfərlik kollektivdə azı 20 nəfərin mütəmadi olaraq iş prosesindən kənarlaşması anlamına gəlir.(Musavat.com)
Oxunub 20
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Fevral 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















