Icma.az
close
up
RU
Siqaret ömrü 20 dəqiqə qısaldır Bu sahədə ciddi maarifləndirmə aparılmalıdır

Siqaret ömrü 20 dəqiqə qısaldır Bu sahədə ciddi maarifləndirmə aparılmalıdır

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

London Universitet Kollecində aparılan yeni bir araşdırmaya görə, yalnız bir ədəd siqaret çəkmək insan ömrünü təxminən 20 dəqiqə azalda bilər. Bir siqaretin kişilər üçün ömrü orta hesabla 17 dəqiqə, qadınlar üçün isə 22 dəqiqə qısaltdığı müəyyən edilib. Siqaret çəkmənin zərərinin məcmu olduğu, yəni hər bir əlavə siqaretin sağlamlığa ciddi təsir göstərdiyi təsdiqlənib. 
Bu tədqiqatı əsas gətirərək, insanları necə siqaretdən uzaq tuta bilərik?
Məsələ ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlama verib.
O bildirib ki, siqaretin orqanizmə həm qısamüddətli, həm də uzunmüddətli ciddi sağlamlıq problemləri yaratdığı hər kəsə məlumdur:

“Xüsusi ilə də gənclər və yeniyetmələr daha çox tütün çəkməyə cəlb olunur. Birinci növbədə elə bunun qarşısını almaq lazımdır.  Bunun qarşısını almaq üçün öncə onları maarifləndirmək, siqaretin zərərlərindən bağlı geniş, ətraflı şəkildə məlumat vermək lazımdır.  Ümumiyyətlə tütün inkişaf etməkdə olan orqanizmi, xüsusi ilə də 20 yaşa qədər olan orqanizmin inkişafına böyümə prosesinə mane olur. Çünki siqaretin tərkibindəki toksik maddələr böyümə və inkişaf prosesini ləngitməklə yanaşı, ümumiyyətlə bir çox xəstəliklərin başlanğıcını qoyur.
Siqaret insanlarda damarların daralması, qan təzyiqin artmasına gətirib çıxardır ki bu da ani ölümlərə səbəb olur”.
Ekspertin sözlərinə görə, siqaret mərkəzi beyin sisteminin inkişafına mane olur:
“Siqaret həm də insanlarda depressiyaya meyillilik, ətraf mühitdən zövq almamaq, həyat eşqini aşağı olması ilə yanaşı diqqət və yaddaş problemlərinə də gətirib çıxardır. Bir çox hallarda psixoloji təsirləri də özünü göstərir. Gənclər daha çox xarici görünüşlərinə diqqət etdikləri üçün siqaretin onların xarici görünüşündəki gözəlliyi məhv etdiyinə, dəridə qırışların yaranmasına, solğunluq, sızanaqların daha tez meydana gəlməsi, ağızdan xoşagəlməz qoxunun olması, ağız boşluğunda problemlərin yaranması, dişlərin saralması, sıradan çıxması bu kimi problemlər də gənclərdə və eləcə də siqaret çəkən insanlarda xarici görünüşün pozulmasına gətirib çıxardır. Yaxşı olar ki, ümumiyyətlə hansı yaşda olursa olsun bu sahədə ciddi maarifləndirmə tədbirləri aparılsın. Zərərli vərdişin insan orqanizminə vurduğu zərərləri hər kəs bilməlidir. Əks halda siqaret reklamları xüsusi ilə də məşhur insanlardan istifadə edərək bu reklamları həyata keçirmələri daha çox sayda gənclərin tələyə düşməsinə gətirib çıxardır”.
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri