Siqaret stressi azaltmır Siqaretin özü stress mənbəyidir
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İnsanların çoxu siqareti stresi azaltmaq üçün çəkdiyini düşünür. Amma reallıq tam fərqlidir".
Milli.Az xəbər verir ki, bunu neyroelm üzrə araşdırmaçı Fərid Rəfibəyli deyib.
Onun sözlərinə görə, siqaret yalnız öz yaratdığı stresi azalda bilir. Nikotinin təsiri bitdikcə bədəndə narahatlıq, gərginlik, aqressiya, əsəbilik kimi "süni stress" siqnalları yaranır:
"İnsan siqaret çəkir və bu siqnallar bir neçə dəqiqəliyinə susur. O da bunu digər streslərin azalması kimi başa düşür. Halbuki bu sadəcə asılılığın növbəti dövrəsi üçün qısa fasilədir. Həyatdakı real stresslər, yəni iş, ailə, məsuliyyətlər siqaretlə nə azalır, nə də yox olur. Əksinə, siqaret insanın emosional sisteminə əlavə yük gətirdiyi üçün stresi daha da artırır".
F.Rəfibəyli qeyd edib ki, siqareti tərgidən hər kəs bir müddət sonra anlayır ki, əsl rahatlıq elə siqaretsiz olanda başlayır:
"Çünki stressin mənbəyi siqaretin özüdür".
Mina Mikayılova
Milli.Az
Baxış sayı:144
Bu xəbər 27 Fevral 2026 01:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















