Icma.az
close
up
RU
Siqaretdən imtina orqanizmə necə təsir edir?

Siqaretdən imtina orqanizmə necə təsir edir?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Məlum olduğu kimi, Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyi məhdudlaşdıran “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanun layihəsi qəbul olunub.

Qanun layihəsinə görə, ümumtəhsil müəssisələrində, idman yarışlarının və digər kütləvi tədbirlərin keçirildiyi məkanlarda, həmçinin  ticarət obyektlərində, restoranlarda, kafelərdə, barlarda və digər ictimai iaşə obyektlərində (bu məqsədlə ayrılmış açıq sahələr və yerlər istisna olmaqla)  tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edilməsi nəzərdə tutulur.

Oxu.Az orqanizmin siqareti atdıqdan sonra hansı şəkildə bərpa olunduğunu araşdırıb.

Tütün tüstüsü təkcə nikotindən ibarət olmur. Onun tərkibində 196 sayda zərərli maddə sadalamaq olar ki, onun da 14-ü narkotik maddələrdir. İstənilən zəhər kimi, bu toksinlərdə dərhal müdafiə sistemi ilə orqanizmdən kənarlaşdırılır. Ancaq bu prosesə sonradan yeni dozalar əngəl olur.

Siqaret çəkdikdən sonra orqanizmin təmizlənməsi və nikotin asılılığının aradan qaldırılması – siqaret çəkməyi tərgitmək prosesinin iki fərqli qoludur. Bütün keçmiş siqaret aludəçilərində siqaret çəkməyi tərgitdikdən sonra sağlamlıqlarında əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunur.

Siqareti çəkib qurtardıqdan dərhal sonra nikotin bədəndən çıxır. Bu narkotik maddənin qısa bir zamanda uyğunlaşmaya səbəb olmasına baxmayaraq, orqanizm elə həmin tezlikdə də ondan qurtula bilir. Yeni porsiya daxil olmadıqda, artıq iki saatdan sonra onun böyük hissəsi ağciyərlər və qan-damar sistemindən xaric olur.

Tənəffüs 12 saatdan sonra sabitləşir. Nikotinin ağciyər reseptorlarını qıcılandırmasından qaynaqlanan bronx spazmaları kəsilir.

Artıq ilk günlərdə orqanizmin siqaret çəkməyin kənar təsirlərindən qurtulmasından sonra qanın tərkibi normallaşır - oksigenlə zənginləşir və karbon qazının miqdarı azalır.

Siqareti atan hər kəs bilir ki, ən çətin dövr – ilk 3-4 gündür. Həmin müddətdə əsas zərərli maddələr orqanizmi tərk edir və orqanizm təmizlənir. Ağızdan, dəri qatından xoşagəlməz qoxu yoxa çıxır.

Orqanizmin nikotindən və qatrandan 99% təmizlənməsi 3 həftə sonra baş verir.

2-3 gündə öskürək və bəlğəmin artımı müşahidə olunur. Bu, bronx epitelinin fəaliyyətinin bərpa olunmasının göstəricisidir. Zəhərlə iflic olmuş kiprikciklər yenidən canlanır və təmizlənməyə başlayır, çöküntü və selik məhsullarını xaric edir. Bəlğəm sekresiyasının artması ağciyərdə uzun illər yığılıb qalan çöküntüləri yuyub aparır.

Tərləmənin intensivləşməsi gözləniləndir - belə ki, dərinin ifrazı ilə maddələr mübadiləsinin zərərli məhsulları bədəndən xaric olur.

Tütünün ümumi təsirindən, həmçinin zəhərli ağız suyunun udulmasından sonra siqaret tüstüsünün mədəyə təsirindən zədələnmiş mədənin və bağırsaqların selikli qişası bərpa olunur. Hamar əzələ təbəqəsində tonusun aşağı düşməsi və qəbzləşmənin baş verməsi mümkündür. Belə hallarda bağırsaq reseptorlarının normal həssaslığının bərpası ilə ötüb keçir.

Bəzən arterial təzyiqdə dəyişkənliklər və ya baş ağrıları meydana gəlir. Nikotin kiçik kapilyarları iflic etdiyinə və damarları  daraldan təsirə malik olduğuna görə reseptorların “yenidən canlanmış” damarlara öyrəşməsi müəyyən qədər vaxt tələb edir.

Normal tonusun bərpası hesabına bütün orqanların və toxumaların, ilk növbədə beynin qan dövranı yaxşılaşır.   

Dadbilmə və iybilmə reseptorları bərpa olunur. Artıq bir həftə sonra siz əvvəl iyləyə bilmədiyiniz qoxuları hiss edirsiniz, qida isə yeni dad alır. Yeri gəlmişkən, iybilmənin bərpası əsasında siqareti atdıqdan sonra orqanizmin təmizlənməsinin nə dərəcə tez getdiyini müəyyən etmək olur.

İştah artır. Bu, iki faktorla əlaqədardır. Birinci, psixoloji faktordur. Ağıza siqaret almaq əvəzinə, insan nəyisə çeynəməyə başlayır. Siqareti atdıqdan sonra pasiyent stress keçirdikdə, qida qəbulu  onu sakitləşdirir. İkinci faktor dadbilmənin bərpası ilə əlaqədardır.

Siqaret çəkməyi tərgidən bəzi insanların keçirdiyi qıcıqlanma sırf psixoloji əhval-ruhiyyədən asılı olur.   

Nikotindən fiziki asılılıqdan çox asan şəkildə qurtulmaq olur, habelə, şüurda və şüuraltında siqaret çəkməyə həvəsləndirən neqativ fikirlər sinir pozuntularına və düşkünlüyə yol açır.

Orqanizmin nikotindən hansı müddət ərzində təmizlənməsindən asılı olmayaraq, psixoloji asılılıq uzun müddət qüvvədə qala bilir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 03:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri