Icma.az
close
up
RU
Siqaretə alternativ snus un mənfi təsirləri nələrdir? Məktəblilər arasında təhlükə

Siqaretə alternativ snus un mənfi təsirləri nələrdir? Məktəblilər arasında təhlükə

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Son günlərdə məktəblilər arasında "snus" adlanan saqqızabənzər məhsulun istifadəsi hallarına rast gəlinir. Ekspertlər arasında bu məhsulun narkotik və ya psixotrop maddə kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi barədə fikir ayrılıqları var. Hazırda sözügedən məhsulun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar aparılır.

Maraqlıdır, bəs görəsən, "snus" adlanan bu məhsul nədir? Nə məqsədlə istifadə edilir?

Avtosfer.az xəbər verir ki, Oxu.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, "snus" tütün məmulatı kimi tanınır və tərkibində nikotinlə yanaşı, ətirləndiricilər, konservantlar və müxtəlif kimyəvi maddələr mövcuddur:

"Yeniyetmələr və gənclər bəzən dərmanlara, bəzən isə konfet formasında təqdim olunan, lakin asılılıq yaradan müxtəlif məhsullara maraq göstərirlər. "Snus" adlanan və konfetə bənzəyən bu məhsulların Azərbaycanda istehsalı və satışı rəsmi olaraq mümkün deyil. Böyük ehtimalla, bu məhsullar qeyri-qanuni yollarla idxal olunur və ya nəzarətsiz satış nöqtələrindən birbaşa yeniyetmə və gənclərə təqdim edilir.

"Snus"un tərkibindəki nikotin birbaşa asılılıq yaradan maddədir. Bu cür məhsulların bəzən mənşəyi bəlli olmayan yerlərdə istehsal olunması onların tərkibində ağır metalların olma riskini artırır. Nəticədə, mütəmadi istifadə daxili orqanların funksiyalarının pozulmasına, zəhərlənmələrə və ciddi sağlamlıq risklərinə səbəb ola bilər.

Xüsusilə yeniyetmələr və gənclər bu məhsulları damaq altında, dilaltı və ya sorulma yolu ilə qəbul etdikdə ağız, damaq və diş sağlamlığına mənfi təsirlər yaranır, diş əti problemləri müşahidə olunur. Asılılıq riski ilə yanaşı, uzunmüddətli istifadə ürək-damar xəstəliklərinə də yol aça bilər. Qan təzyiqinin yüksəlməsi, ürək ritminin artması, hətta qəfil ürək dayanması kimi ciddi risklər mövcuddur.

Bundan əlavə, immun sistemi zəif olan yeniyetmələrdə "snus" istifadəsi ürəkbulanma, başgicəllənmə, görmənin müvəqqəti pozulması və halsızlıq kimi əlamətlərlə özünü göstərə bilər.

Nikotin tərkibli mənşəyi bəlli olmayan bu məhsullar etibarsız məkanlarda yeniyetmə və gənclər arasında tütün asılılığı yaratmaq məqsədilə satılır. Belə hallarla rastlaşıldıqda Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verilməlidir. Çünki bu məhsullar zərərli hesab olunur və yetkinlik yaşına çatmayanlara satışı və istifadəsi qadağandır.

Nəzarət tədbirləri aparılsa da, gizli və nəzarətsiz məkanlarda bu cür hallar hələ də baş verir. Bu səbəbdən valideynlər, təhsil müəssisələri və aidiyyəti qurumlar məsələyə xüsusi diqqət yetirməlidirlər".

Professor Adil Qeybulla isə açıqlamasında bildirib ki, "snus"dan uzunmüddətli istifadə xərçəng riskini artırır:

"Snus tütün məmulatı hesab olunur və tərkibində nikotin mövcuddur. Artıq istifadə edildikdə ağız boşluğunda yaralar yarada, hətta xərçəng riskini artıra bilər. Uzunmüddətli istifadədə isə tütünün tərkibində olan, qatranabənzər maddələrin - polisiklik aromatik birləşmələrin və karbon-nitratların təsiri nəticəsində xərçəng və müxtəlif ağız xəstəlikləri meydana çıxa bilər".

Onun sözlərinə görə, xüsusilə uşaqlar arasında "snus" istifadəsi ciddi narahatlıq doğurur:

"Məktəb ətrafındakı satış məntəqələrində uşaqların istifadəsi qadağan olunan məhsulların satışı yolverilməzdir. Buraya enerji içkiləri və "snus"a bənzəyən məhsullar da daxildir. Bu məsələdə valideynlər uşaqları maarifləndirməli, onların sağlamlığına təhlükə yaradan vərdişlərdən uzaq durmalarına kömək etməlidirlər.

Bəzi "snus" növlərində nikotinin miqdarı normadan artıq olur ki, bu da uşaq orqanizmi üçün xüsusilə təhlükəlidir. Bu məhsulların ölkəyə daxil olma yolları ciddi şəkildə araşdırılmalıdır. "Snus", əslində, siqaret çəkməyə alternativ kimi təqdim edilsə də, nəticə etibarilə bu məqsəd üçün uğurlu və təhlükəsiz hesab edilə bilməz".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Dekabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see237

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see189

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see155

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see148

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see144

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see142

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see134

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see129

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see128

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see127

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri