Icma.az
close
up
RU
Siqareti atmağın ən effektiv yolları açıqlandı

Siqareti atmağın ən effektiv yolları açıqlandı

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siqareti tərgitmək üçün ən effektiv üsul psixoterapiya və medikamentoz (dərmanla) dəstəyin birgə tətbiqidir.

Bu barədə psixiatr-narkoloq, psixiatrik və narkoloji klinikanın rəhbəri Ruslan İsayev  bildirib.

Ekspertin sözlərinə görə, siqaretdən imtina edən şəxs təkcə nikotinə olan fiziki asılılıqla deyil, eyni zamanda gündəlik həyatına inteqrasiya olunmuş emosional və davranış modelləri ilə də üzləşir. Ona görə də təkcə nikotin əvəzedici vasitələrlə — məsələn, saqqız və ya elektron siqaretlə mübarizə aparmaq adətən uzunmüddətli nəticə vermir.

“Siqareti atmaq birdəfəlik qərar deyil, bu bir prosesdir”, — deyə İsayev bildirib.
Onun sözlərinə görə, ən düzgün yol həkimə müraciət etməkdir, çünki yalnız mütəxəssis uyğun dərman müalicəsini təyin edə və psixoloji dəstək göstərə bilər.

Nikotin əvəzedici terapiya nədir?

İsayev izah edir ki, nikotin əvəzedici terapiyaya plastırlar, saqqızlar, inhalyatorlar və xüsusi tabletlər daxildir. Bu vasitələr nikotindən imtina zamanı ortaya çıxan “lomka” simptomlarını (yəni çəkilmə sindromunu) azaltmağa kömək edir.

Lakin o xəbərdarlıq edir:

“Bu vasitələrin dozası və istifadəsi fərdi olmalıdır. Özbaşına istifadə halları ya dozanın artıq olması, ya da effektin olmaması ilə nəticələnə bilər”.
Eyni zamanda, həkim tərəfindən yüngül antidepresantlar və ya sakitləşdirici dərmanlar da təyin oluna bilər, bu da keçid dövrünü daha asan keçməyə yardım edir.

Lakin İsayev vurğulayır ki, hətta ən düzgün seçilmiş dərmanlar belə psixoloji asılılıqla iş aparılmadıqda kifayət etmir. Bu səbəbdən psixoterapiya ilə yanaşı tətbiq edilməlidir.

Araşdırmalar nə göstərir?

Qeyd edək ki, son araşdırmalar elektron siqaretlərin düşündüyümüzdən daha təhlükəli olduğunu göstərib. 250 min nəfərin iştirak etdiyi genişmiqyaslı tədqiqat veyplərlə xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) arasında birbaşa əlaqə olduğunu ortaya çıxarıb.  \\Tribunainfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 05:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri