Icma.az
close
up
RU
Siqaretin hopmuş qoxusundan necə qurtulmaq olar?

Siqaretin hopmuş qoxusundan necə qurtulmaq olar?

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təzə siqaret tüstüsü bir neçə saata yox olur, lakin əgər illərlə ev siqaret "ətri" ilə hopubsa, radikal tədbirlər görmək lazımdır. Sirr ondadır ki, problemi hər tərəfdən həll etmək lazımdır. Əks halda qoxu inadkar bir qonşu kimi qayıdacaq.

News24.az xəbər verir ki, Lent.az siqaretin hopmuş qoxusundan qurtulmağın yollarını sizə təqdim edir:

1. Dərin təmizlikdən başlayın:

Qətran və nikotin izləri tavan lampalarından tutmuş plintuslara qədər hər səthi örtür.

Bütün səthləri - divarlar, rəflər, texnika, qapı tutacaqları - təmizləyici vasitə ilə silin.

Pərdələri yuyun, yumşaq mebelləri isə kimyəvi təmizləməyə verin. Bəli, hətta təmiz görünən divanı da.

Əgər divarlar təmizlikdən sonra hələ də tüstü iyi verirsə, deməli köhnə divar kağızları və ya boya qoxunu hopdurub. Bu halda təmirə hazır olun.

2. Əvvəlcə xüsusi vasitələri yoxlayın:

Divar kağızlarını cırmağa tələsməyin! Siqaret qoxusuna qarşı xüsusi sprey və məhlulları yoxlayın.

Bəziləri lokal təsir edir - ən çox qoxu yığılmış yerlərə püskürün.

Digərləri isə otaqda havaya səpələnir - bunun üçün pəncərələri bağlayın və rütubəti artırın.

Belə bir "qaz hücumundan" sonra otaq laboratoriyanı xatırladacaq - hər şeyi yenidən silmək və otağı 24 saat havalandırmaq lazım olacaq.

Diqqət: Məhsulları və qab-qacağı qabaqcadan örtün və ya çıxarın - kimyəvi maddələr onlara da təsir edə bilər.

3. Ən güclü üsul - ozonator:

Bu cihaz zəiflər üçün deyil! O, havanı bütün canlılar üçün zəhərli edərək qoxunun molekullarını atomlarına parçalayır.

Ev üçün nəzərdə tutulmuş ozonatorlar yalnız havanı təzələyir, amma köhnə tüstü qoxusu üçün sənaye gücündə olan cihaz lazımdır.

Mütəxəssisləri çağırın və uşaqları, pişikləri, hətta balıqları evdən çıxarın - ozon onlara aman verməyəcək.

8 saatlıq havalandırmadan sonra evə qayıdanda siz heç bir qoxu hiss etməyəcəksiniz.

Bəli, bu bahalıdır, amma külqabı qoxusunu birdəfəlik unutmaq istəyirsinizsə - buna dəyər!

Sınaqdan keçirilib: illərlə siqaret çəkilən evlərdə belə bu üsullar möcüzələr yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Mart 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri