Icma.az
close
up
RU
Şirkət pulunu mənimsəməkdə təqsirləndirilən dəstəyə cəza istənildi

Şirkət pulunu mənimsəməkdə təqsirləndirilən dəstəyə cəza istənildi

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işi üzrə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndiriənlər -  Orxan Məmmədovun 11il, 6 ay, Zaur Babayevin 11 il, Cəbrayıl Cəbrayılovun 7il, Fuad Xəlilzadənin 7 il, Murad Rəsulovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti proses iyulun 15-i saat 11:30-a təyin olunub. 

O.Məmmədov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış kateqoriya üzrə meneceri vəzifəsində işləyib. O, həmin müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək, ona etibar olunmuş özgə əmlakını talama məqsədilə 2019-cu ilin yanvar ayından başlayaraq, QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işləyən Zaur Babayevlə qabaqcadan əlbir olub. Onlar cinayət əlaqəsinə girərək, malların satışından əldə olunan pul vəsaitlərini Cəmiyyətin xəzinəsinə ödəməyərək, öz aralarında bölmək barədə razılığa gəliblər. Bununla da onlar ümumilikdə 168 min 460 manat 90 qəpik nağd pulu aralarında bölüblər.
O.Məmmədov 2021-ci ilin yanvar ayından başlayaraq Z.Babayevlə və əvvəllər tanıdığı QSC ilə ticarət əlaqələrində olan M.Rəsulovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. O, cinayətin törədilməsinə rəhbərlik edib. Ayrı-ayrı dilerlərdən sifariş kimi qəbul olunan və həmin dilerlərə çatdırılması təşkil edilməyən malların M.Rəsulov vasitəsi ilə satışını həyata keçirib. Daha sonra satışdan əldə olunan pul vəsaitlərini öz aralarında bölmək barədə razılığa gəlib.

Nəticədə O.Məmmədov, Z.Babayev və M.Rəsulov “İnteqral” QSC-yə məxsus 525 min 547 manat 92 qəpik pulu vahid niyyətlə mənimsəyiblər.

Xatırladaq ki, təqsirləndirilən C.Cəbrayılov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində ekspeditor vəzifəsində çalışıb. O, onunla birgə ekspeditor vəzifəsində işləyən F.Xəlilzadə və Cəmiyyətin məişət əşyalarının və texnikasının topdan satış şöbəsinin müdir müavini vəzifəsini icra edən O.Məmmədov ilə qabaqcadan əlbir olub malların satışından əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəməyərək öz aralarında bölmək barədə razılığa gəliblər.
Nəticədə C.Cəbrayılov, F.Xəlilzadə və O.Məmmədov “İnteqral” QSC-yə məxsus ümumilikdə 763 min 80 manat 80 qəpik pulu mənimsəmə yolu ilə ələ keçiriblər.

Beləliklə, şirkətin sabiq əməkdaşları “İnteqral” QSC-nin 1 457 088 manat pulunu mənimsəyiblər.

Qeyd edək ki, O.Məmmədov, Z.Babayevə qarşı Cinayət Məcəlləsinin (CM) 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, C.Cəbrayılov, F.Xəlilzadə və M.Rəsulova isə CM-in 179.3.2-cü (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Həmin şəxslər 2022-ci ilin dekabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxslər “İnteqral” QSC-nin ümumilikdə 525 min manatını mənimsəyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 İyul 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri