Icma.az
close
up
RU
Şirkətin 183 min pulunu belə xərclədi İçki məclisləri, bahalı telefonlar...

Şirkətin 183 min pulunu belə xərclədi İçki məclisləri, bahalı telefonlar...

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvanda “Collabera” MMC-nin əməkdaşı şirkətin külli miqdarda pulunu ələ keçirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətdə aparılmış audit yoxlaması nəticəsində satış təmsilçisi 1989-cu il təvəllüdlü Sadiq Kərimovun (ad-soyad şərtidir) 183 min manatlıq mənimsəmə etdiyi üzə çıxıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Sadiq şirkətdən dəfələrlə qeyri-qanuni yolla mallar çıxarıb və bunların guya hansısa mağazalara nisyə verildiyini söyləyib. Lakin sonradan Sadiqin həmin malları mağazalara vermədiyi, digər şəxslərə sataraq pulu özünə götürdüyü bəlli olub.

Həmçinin müəyyən edilib ki, Sadiq ələ keçirdiyi külli miqdarda vəsaiti bir neçə ay müddətində münasibəti olduğu qızlara xərcləyib. O, Bakıda və Naxçıvanda kirayə evlər tutub, qızlar və dostları ilə çoxsaylı içki məclisləri təşkil edib. Onlara bahalı telefonlar, gül buketləri və sair hədiyyələr edib. Bu səbəbdən S.Kərimovun ailəsində də problem yaranıb, həyat yoldaşı uşaqları götürərək evi tərk edib.

Cinayət işinin ibtidai istintaqı bir müddət əvvəl başa çatıb və iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə “Collabera” şirkətinin nümayəndəsi Sadiqin şirkətə vurduğu zərəri artıq tam şəkildə ödədiyini bildirib və onun barəsindəki şikayəti geri götürüb.

Məhkəmənin 29 dekabr tarixli hökmü ilə S.Kərimova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see277

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see254

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see253

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see204

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see193

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see163

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see161

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see151

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see142

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see139

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see139

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see138

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see137

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see135

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see134

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see132

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see131

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see131

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see127

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri