Şirniyyat qutularında dərman keçirmək istədi FOTO
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, İstanbul-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus əşyalar Gəncə Beynəlxalq Aeroportunun gəliş zalında rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.
Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, eləcə də şifahi, elektron və ya yazılı formada bəyan olunmayan, üstü şirniyyat ilə örtülmüş qutularda xüsusi üsulla gizlədilən, hər biri 10 həb olmaqla, ümumilikdə 645 konvolyut “Lioresal” markalı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 11 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















