Şirqulami yenə “şirə döndü” Bakıdan REAKSİYALAR
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami məntiqsiz açıqlamalarına birini də əlavə edib. İranlı diplomatın sözlərinə görə, bölgədə sabitliyə və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında real güc balansı təmin edilməlidir. “Bu, olduqca vacibdir” deyən Şirqulami bildirib ki, İran regionda “yeni güc balansı”nın yaradılmasına çalışır və “uzunmüddətli sülhün yeganə real təminatı”dır.
Onun iddiasına görə, “balans” olmadan vəziyyət kövrək olaraq qalacaq, regionda sülhün təmin edilməsi üçün yalnız istək kifayət etmir. Səfir mövzunu bu cümlə ilə yekunlaşdırıb: “Bölgədə geosiyasi dəyişiklik qəbuledilməzdir. Bu, İranın fundamental mövqeyidir. Status-kvo mütləq qorunmalıdır”.
Politoloq Yusif Bağırzadə isə Musavat.com-a bildirib ki, Şirqulaminin bu cür açıqlamaları Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə vermir, əksinə zərər vurur: “Eyni zamanda, səfirin tez-tez bu tipli bəyanatlar verməsi Azərbaycan-İran münasibətlərinə ziyan vurur. Azərbaycan-Ermənistan münasibətlərində “güc balansı”nın yaradılmasını sülhün sanki açarı olduğu kimi təqdim etmək sülh prosesinə mane olmaq, Ermənistan cəmiyyətini sülhdən uzaqlaşmağa təşviq etməkdir”.
Ekspert qeyd edib ki, belə açıqlamalar Ermənistan cəmiyyətində “Azərbaycanla eyni imkanlara sahiblənmədən sülhə razı olmaq olmaz” fikrini formalaşdıra bilər:
“Bu isə sülhün əsas məqsədi olan qarşılıqlı etimadın və yeni reallıqların qəbulunun əks istiqamətində işləyə bilər. Sülh prosesinə töhfə verən vasitəçi və ya qonşu dövlət tərəfləri yeni qarşıdurma balansına deyil, razılaşmaların icrasına və qarşılıqlı etimadın möhkəmlənməsinə təşviq etməlidir”.
Politoloq Elxan Şahinoğlu da bildirib ki, status-kvonu yaradan və qoruyan Azərbaycandır: “İranlı diplomatın “məntiqinə” görə, Azərbaycan Ermənistandan güclü olmamalı və ya tərsinə Ermənistan Azərbaycan qədər güclü olmalıdır. Birincisi, iki ölkə arasında əhali nisbətini dəyişmək mümkün deyil. İkincisi, Tehran istəyir deyə Azərbaycan hərbi büdcəsini azaldıb Ermənistanınkı qədər edə bilməz. Səfirin başqa bir “məntiqinə” görə, Azərbaycanla Ermənistan arasında “güc balansını” qoruya biləcək ölkə İrandır. İranın Ermənistandakı səfiri hər dəfə statusunu və həddini aşan açıqlamalar verir. O bu açıqlamaları ya özbaşına verir, ya da Xarici İşlər Nazirliyindən aldığı təlimatı həyata keçirir. Hər nədirsə, səfirin bu açıqlamaları İran-Azərbaycan münasibətlərinə əlavə gərginlik yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 23 Sentyabr 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















