Icma.az
close
up
RU
Sirr çözüləcək: Trampın göstərişinə əməl edildi

Sirr çözüləcək: Trampın göstərişinə əməl edildi

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FBI) keçmiş prezident Con Kennedinin qətli ilə bağlı daha əvvəl açıqlanmamış 2400 sənəd aşkarladığını bildirib. 

Bu sənədlər ümumilikdə 14 000 səhifəlik materialın tərkibində yer alır və daha əvvəl heç bir araşdırma qrupu tərəfindən nəzərdən keçirilməyib. 

"Cebheinfo.az" xəbər verir ki, bu sənədlər ABŞ-nin keçmiş prezidenti Donald Trampın 23 yanvar tarixində verdiyi göstərişə əsasən aparılan yoxlama zamanı aşkarlanıb. 

Tramp 2017-ci ildə Kennedinin qətli ilə bağlı bütün sənədlərin açıqlanmasını istəyib, lakin o zaman CIA və FBI bəzi materialların milli təhlükəsizlik səbəbilə gizli saxlanılmasını tövsiyə etmişdi. Con Kennedinin 1963-cü ildə Texas ştatının Dallas şəhərində öldürülməsi ilə bağlı müxtəlif konspirasiya nəzəriyyələri illərdir müzakirə olunur. 

Yeni sənədlərin açıqlanması bu müzakirələrə fərqli istiqamət verə bilər. 

Tanınmış jurnalist və araşdırmaçı Cefferson Morli bu xəbəri “çox mühüm addım” adlandırıb və FBI-nin nəhayət  ki, prezidentin göstərişinə əməl etdiyini bildirib. Lakin ekspertlər düşünürlər ki, sənədlər açıqlandıqdan sonra belə, konspirasiya nəzəriyyələrinin qarşısını almaq mümkün olmayacaq. 

Bundan əlavə, məlum olub ki, Trampın göstərişi təkcə Con Kennedinin qətli ilə bağlı deyil, onun qardaşı Robert Kennedinin 1968-ci ildə öldürülməsi və vətəndaş haqları müdafiəçisi Martin Lüter Kinqin eyni il qətlə yetirilməsi ilə bağlı sənədlərin də açıqlanmasını nəzərdə tutur. Bu sənədlərin mart ayına qədər ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. 

Kennedinin qətli ilə bağlı ən böyük suallardan biri əsas şübhəli Lir Harvi Osvaldı təkbaşına hərəkət edib-etmədiyi və ya daha geniş miqyaslı bir sui-qəsd planının iştirakçısı olub-olmadığıdır. Bəzi araşdırmaçılar CIA-nin Osvaldı daha yaxından izlədiyini və bu haqda ictimaiyyətə açıqlanmayan məlumatlara sahib olduğunu düşünürlər. 

Harvard Universitetinin tarix professoru Frederik Loqevall bu sənədlərin yeni bir inqilabi məlumat ortaya çıxaracağına şübhə ilə yanaşır: “Düşünmürəm ki, bu sənədlər hadisənin gedişatı haqqında radikal bir dəyişiklik edəcək”, – deyə o qeyd edib. 

Yeni sənədlərin açıqlanmasının ABŞ hökumətinin məxfi sənədlərlə bağlı siyasətinə də təsir göstərəcəyi ehtimal edilir. Ancaq bəzi kəşfiyyat qurumları hələ də müəyyən sənədlərin məxfiliyinin qorunmasının vacib olduğunu düşünür. Kennedinin qətli ilə bağlı müzakirələr 61 ildir davam edir və görünür ki, yeni sənədlərin açıqlanması da bütün suallara aydınlıq gətirməyəcək. 

35-ci ABŞ prezidenti Con Kennedi 1963-cü il 22 noyabr yerli vaxtla saat 12:30-da Dallasda öldürülüb. Kennedi xanımı Jaklinlə prezident kortejində Elm-Stritdən keçərkən tüfəng atəşindən ölümcül yaralanır və elə həmin gün vəfat edir. Qətli rəhbəri ABŞ Ali Məhkəməsinin sədri Erl Uerron olan xüsusi komissiya tərəfindən on ay ərzində araşdırılır və komissiya qətlin Li Harvi Osvaldın tək planlaşdırdığı və yerinə yetirdiyi nəticəsinə gəlir, lakin indiyə qədər bu cinayətlə bağlı çoxlu versiyalar və fikirlər gəzib-dolaşır.

Sosial sorğuya əsasən amerikalıların 70% rəsmi açıqlamaya inanmır.

Səbinə Uğur 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri