Icma.az
close
up
RU
Şirvan İşçi Qrupunun növbəti onlayn iclası keçirildi

Şirvan İşçi Qrupunun növbəti onlayn iclası keçirildi

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) “Qafqazinfo”ya verilən məlumata görə, iclasın keçirilməsində məqsəd “Şirvan suvarma kanalının yenidən qurulması haqqında”​ Sərəncamdan irəli gələn məsələlərin icrasını sürətləndirmək, tikinti-quraşdırma işlərinin təyin olunmuş qrafika uyğun yüksək keyfiyyətlə aparılmasını təmin etmək, eləcə də görülən işlərin aidiyyəti qurumlarla birgə əlaqələndirilməsi işini təşkil etməkdir.

İclasın əvvəlində işçi qrupun rəhbəri Rafiq Aslanov çıxış edərək 1958-ci ildə istismara verilmiş, uzunluğu 122 km olan Şirvan suvarma kanalının mövcud vəziyyəti və onun yenidən qurulmasının xüsusi əhəmiyyətindən danışıb. O bildirib ki, Şirvan suvarma kanalı yenidən qurulduqdan sonra ölkənin ən iri suvarma kanalı olacaq.

Qeyd edək ki, kanalın başlanğıcda sərfinin saniyədə 180 kubmetrə və uzunluğunun 204,3 km-ə qədər artırılaraq (Mingəçevir-Hacıqabul gölü arası) müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi baş tutacaq. Nəticədə Şirvan zonasının Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının 228 min hektar torpaq sahəsini (onun 116 min hektarı yeni suvarılacaq torpaqlar) suvarma suyu ilə yaşayış məntəqələrinin içməli və məişət suyu ilə təminatının, torpaqların meliorativ vəziyyətinin, eləcə də Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması təmin olunacaq.

İclasın davamında Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti və Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun mütəxəssisləri aparılan tikinti işlərinin gedişatı, ortaya çıxan problemlər və onların həlli istiqamətində çıxış edərək tikinti-quraşdırma işləri dayandırılmadan layihədə olan çatışmazlıqların aradan qaldırılması və ortaya çıxan əlavə işlərin sənədləşdirilməsi istqamətində işlərin aparıldığını bildiriblər. İclasda yerli və mərkəzi icra orqanlarının nümayəndələrinin, həmçinin layihənin podratçılarının təklifləri dinlənilib, nəzərə alınması üçün müvafiq göstərişlər verilib. 

Səsləndirlən təkliflər nəzərə alınmaqla Şirvan suvarma kanalının yenidənqurulması çərçivəsində aparılan tikinti-quraşdırma işlərinin əvvəlcədən təyin olunmuş qrafikə uyğunlaşdırılaraq davam etdirilməsi, ortaya çıxan problemlərin və layihədə olan çatışmazlıqların sürətlə aradan qaldırılması, torpaqayırma ilə bağlı işlərin sürətləndirilməsi və mülkiyyətçilərin kompensasiyasının vaxtında ödənilməsi ilə bağlı qısa müddətdə tədbirlərin görülməsi qərara alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri