Icma.az
close
up
RU
Şirvan kanalında tikinti işləri eyni vaxtda 4 mərhələ üzrə sürətləndirilib

Şirvan kanalında tikinti işləri eyni vaxtda 4 mərhələ üzrə sürətləndirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli müvafiq Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda işçi qrupun rəhbəri Rafiq Aslanov çıxış edərək vurğulayıb ki, ölkənin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə yaşayış məntəqələrini isə məişət suyu ilə təmin etməklə yanaşı, o, həmçinin az sulu illərdə Türyançay Sağ və Sol sahil magistral kanallarının, eləcə də Göyçay çayından qidalanan bir sıra kanalların xidməti ərazilərində yerləşən əkin sahələrinin su təminatına dəstək göstərir. Lakin 65 ildən çox müddətdə istismar olunmuş Yuxarı Şirvan kanalı torpaq məcralı olduğundan, ondan ildə təxminən 350 milyon kubmetr su itkisi baş verir ki, bunun da nəticəsində vegetasiya dövründə su təminatının ödənilməsində müəyyən çətinliklərin yaranması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyətinin pisləşməsinə də səbəb olur. Həmçinin bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamının vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinin və qlobal iqlim dəyişmələri fonunda qeyd olunan problemlərin həllinin zəruriliyi nəzərə alınaraq, kanalın tikintisinin hər mərhələsi üzrə podratçı təşkilatlar müəyyən edilərək, onun bütün mərhələlərinin (4 mərhələ) tikinti-quraşdırma işlərinə eyni vaxtda başlanıldığını və hazırda işlərin təsdiq edilmiş qrafikə uyğun davam etdirildiyini bildirib.

Daha sonra, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti PHŞ-nin və tikintiyə cəlb edilmiş “North West Construction”, “MuğanSuTikinti” və “Elit-S” podratçı şirkətlərinin nümayəndələri çıxış edərək, tikintinin cari vəziyyəti barədə iclas iştirakçılarına geniş məlumat verərək, layihənin I və IV mərhələləri üzrə işlərin cari ilin, II və III mərhələlər üzrə işlərin isə növbəti ilin sonunadək yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.

İşçi qrupunda təmsil olunan Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Şirvan şəhəri, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir, Yevlax və Ağdaş rayonlarının İcra hakimiyyətlərinin nümayəndələri tərəfindən də bir sıra rəy və təkliflər səsləndirilib.

Qeyd edək ki, Şirvan suvarma kanalının başlanğıc sərfinin saniyədə 180 kubmetrə, ümumi uzunluğunu isə 204 km-ə qədər artırmaqla, onun müasir tələblərə uyğun şəkildə yenidən qurulması nəticəsində, Şirvan zonasına daxil olan Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında ümumilikdə 228 min hektar torpaq sahəsinin suvarma, yaşayış məntəqələrinin isə məişət suyu təminatının yaxşılaşması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyətinə də müsbət təsir göstərəcək. Bununla yanaşı, kanalın sonunda Hacıqabul gölünə suyun çatdırılması ilə onun ekoloji vəziyyətinin yaxşılaşması da təmin ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Fevral 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri