Icma.az
close
up
RU
Şirvan Milli Parkı: günbəgün canlanan və zənginləşən mənzərə

Şirvan Milli Parkı: günbəgün canlanan və zənginləşən mənzərə

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəfərlə yekunlaşan Vətən müharibəsindən sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə ekosistemlərin bərpası və biomüxtəlifliyin qorunması olub. Əvvəlki dövrdə hərbi fəaliyyətlər, qeyri-qanuni istismar, meşələrin qırılması və torpaq eroziyası bölgənin ekoloji balansını ciddi şəkildə pozub. Bu səbəbdən reintroduksiya tədbirləri - yəni bölgədən yox olan və ya kəskin azalan flora, fauna növlərinin yenidən təbiətə qaytarılması - bərpa prosesinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Yox olan və ya təhlükə altında olan növlərin populyasiyalarını bərpa etmək, zəngin təbii biomüxtəlifliyi yenidən formalaşdırmaq, zədələnmiş ekosistemlərin tarazlığını bərpa etmək, məcburi köçkünlərin geri qayıdacağı ərazilərdə sağlam ekoloji mühit yaratmaq, Qarabağ və Şərqi Zəngəzurun xüsusi mühafizə olunan təbiət ərazilərini zənginləşdirmək əsas hədəf seçilib.

İşğaldan azad edilmiş ərazilərdə reintroduksiya tədbirləri Azərbaycanın ekoloji təhlükəsizliyinin və biomüxtəlifliyinin qorunmasının əsas istiqamətlərindən biridir. Bu proses yalnız təbiətin bərpası deyil, həm də bölgənin sosial-iqtisadi dirçəlişi üçün böyük əhəmiyyət kəsb edir. Ekosistemlərin tədricən bərpa olunması və tarixi növlərin geri qaytarılması Qarabağ və Şərqi Zəngəzurun gələcək nəsillər üçün sağlam və davamlı təbii mühitə çevrilməsinə xidmət edir.

Bu günlərdə Şirvan Milli Parkından götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətin rəis müavini Arzu Babayevanın sözlərinə görə, "Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası" layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.

Ceyranların məhz Şirvan Milli Parkından seçilməsi təsadüfi deyil. Çünki bu parkda ceyranlar daha çoxdur.

Bakı-Ələt-Astara magistralının üzərində, cənub istiqamətdə, paytaxtın təxminən 100 kilometrliyində yerləşir. Parkın girişində ceyran heykəli qoyulub, düzəngahda isə heyvanlar aləminin şahzadələri - ceyranlar gəzir.

Şirvan Milli Parkı Prezidentin 2003-cü il 5 iyul tarixli sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında yaradılıb. Kür-Araz ovalığının cənub-şərqində, Şirvan düzənliyində ümumi sahəsi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.

Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, adı Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Arzu Səmədova bildirib ki, Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması - düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və sair əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.

A.Səmədovanın dediyinə görə, Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi, duzlaq-çoğanlı, yarımsəhra bitkiləri, çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşıb.

Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa, yaşıl quru qurbağası, Kiçik Asiya ağac qurbağası və göl qurbağasıdır. Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və "Qırmızı Kitab"a daxil edilib və qanunla qorunur. Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır.

Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, zərif ilanbaş kərtənkələ.

İlanlar: kor ilan, adi su ilanı, su ilanı, zeytuni təlxə, qızılı təlxə, xaltalı eyrenis, kələz ilan və cənubi Qafqaz gürzəsi.

Aralıq dənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və "Qırmızı Kitab"ına daxil edilmişdir və qanunamüvafiq olaraq mühafizə olunur. Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılan sürünən növlərdəndir. Tibb xammalı olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur.

Rəis müavini deyir ki, Şirvan Milli Parkında 230 quş növü qeydə alınıb. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər ördək növləri toplantılar əmələ gətirir.

Göstərilən biotoplarda iyrəncələrə, qutanlara, qarabattaqlara və qağayılara rast gəlinir.

Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar, bizdimdiklər və bekaslar toplantılar əmələ gətirir: "Qırmızıdöş qaz, boz, ağalın və ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplarında istirahət edir, yarımsəhraların dənli-efemer, yovşanlı-efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrində qidalanır".

A.Səmədovanın sözlərinə əsasən, Milli Parkda yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və s. növlərə az miqdarda rast gəlinir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılıb: "Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın "Qırmızı Kitab"ına, 10-u ancaq "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na, 10-u isə həm Azərbaycanın "Qırmızı Kitab"ına (1989), həm də "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na (2002) daxil edilib".

Rəis müavini vurğulayıb ki, parkın ərazisində yerləşən Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65 faizini təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir: "Milli Parkın ərazisində Böyük və Kiçik Çala (Qızılqaz-Flaminqo) gölləri XX əsrin 50-ci illərində parkın ərazisindən keçən Salyan sutoplayıcı kanalının dağılması nəticəsində əmələ gəlib. Göllər su-bataqlıq quşlarının yaşayışı üçün çox əlverişlidir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması canlıların qış mövsümündə burada yaşamasına imkan yaradır. Vaxtilə bu göldə qayıqla gəzmək də mümkün olub. Su azaldığından indi, bu, mümkün deyil".

Məməli heyvanların Azərbaycanda yayılan bütün dəstələrinin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir. A.Səmədovanın sözlərinə əsasən, həşəratyeyənlər dəstəsindən ağdöş və qulaqlı kirpilər, quldenştedt qonurdişi, yarasalar dəstəsindən itiqulaq, bığlı, cırtdan və Küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ könlücəsi, gəmiricilər dəstəsindən ictimai çöl siçanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, kiçik və Kiçik Asiya ərəb dovşanları, dovşankimilərdən boz dovşan, yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi, kürəkayaqlılardan xəzər suitisi, cütdırnaqlılardan çöl donuzu və ceyran Milli Parkda məməlilər faunasının özəyini təşkil edir. Bu növlərdən ceyran, safsar və çöl pişiyi "Qırmızı Kitab"a daxil edilib. Xəzər suitisi, ceyran və safsar "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"nda müxtəlif statusla qorunan növlər elan edilib. Bütün yarasa növləri "Avropa Yarasalarının Qorunması üzrə Razılaşma"ya (EUROBATS) əsasən mühafizə olunur.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see240

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see235

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see140

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see138

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see137

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see134

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see132

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see132

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see131

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see131

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see129

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see126

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see125

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri