Şirvan sakinləri qanvermə aksiyasında iştirak ediblər
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyulun 5-də Aşura günü münasibətilə Şirvan şəhər məscidində könüllü qanvermə aksiyası təşkil olunub.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səhər saatlarından başlayan aksiyada həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb, müvafiq tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və leykoz kimi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
Qeyd edək ki, qanvermə aksiyasının birgünlük keçirilməsi nəzərdə tutulub.
Baxış sayı:108
Bu xəbər 05 İyul 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















